"Ayaz Salayev mənim məşuqum..." - "Yarasa"nın çılpağı

"Ayaz Salayev mənim məşuqum..." - "Yarasa"nın çılpağı
14:05 2 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

"Yarasa" filmində məşhur "Turan" obrazının ifaçısı, rusiyalı aktrisa Mariya Lipkina aznews.az-a müsahibə verib.

Milli.Az müsahibəni təqdim edir:

- Mariya xanım, "Yarasa" filmində yaratdığınız "Turan" obrazı sizi bütün Azərbaycana tanıtdırdı. Kinorejissor Ayaz Salayevlə tanışlığınız necə oldu?
- Düzünü deyim ki, "Yarasa" mənim ilk çəkildiyim filmim deyil. Buna kimi haradasa 10 filmə çəkilmişdim. Eşitdiyimə görə, bu rolla bağlı kimlərsə məni Ayaz Salayevə məsləhət görübmüş. Çəkildiyim filmlərdən biri "Kann" festivalına vəsiqə almışdı. Həmin film festivalda "Ən yaxşı operator işinə" görə mükafata da layiq görülmüşdü. Ayaz Salayev də məni məhz bu kadrda görmüşdü. Deməli, həmin filmin çəkilişlərinə az qalmış varislər ondan imtina etdilər. Bu da sənət aləmində böyük səs-küy yaratmışdı. Mən də buna görə məşhurlaşmışdım.

- Necə oldu ki, Dünya kinosunun 100 illiyinə həsr olunan filmə çəkilməyə razılıq verdiniz? Hər halda 17 yaşda belə bir filmə çəkilmək məsuliyyətli işdir...
- Ssenarini ilk dəfə oxuyanda başa düşdüm ki, "Yarasa" çox məsuliyyətli filmdir. Digər tərəfdən isə başqa ölkənin ssenarisinə dəvət almaq məsuliyyəti daha da artırır. Odur ki, narahat olurdum, düşünürdüm ki, görəsən, necə alınacaq. İçimdə həm də bir qorxu vardı. Lakin mənə çox xoş idi.

- Filmin süjet xətti sizə nə deyirdi?
- Psixoloji cəhətdən çətin iş idi. Filmin adı "Yarasa" idi. Etiraf edim ki, bu ad məni qorxudurdu. Çünki mənim üçün həyatda yarasa və hörümçəkdən qorxulu həşarat yoxdur.

- Yəqin ki, xəbardarsınız filmdəki obrazınıza sizdən əvvəl Azərbaycanda bir neçə tanınmış aktrisa dəvət olunub. Amma açıq-saçıqlığına görə həmin aktyorlar roldan imtina ediblər. Açıq-saçıq səhnləri necə qarşıladınız?
- Bəli, bu haqda məlumat almışdım. Mənə elə gəlirdi ki, onlar bu roldan imtina etməyiblər. Sadəcə olaraq, onlar həmin rolun öhdəsindən gələ bilməyəcəklərini anladığı üçün çəkilişə icazə verməyiblər. Mənim bu rolda gördüyümü onlar görə bilməz, bunu bacarmazdılar. Açıq-saçıq səhnələrə gəldikdə isə bu, filmdir və mən aktrisayam. Aktrisa hər rolda çəkilməyi bacarmalıdır. Yeri gələndə həm də belə səhnələrə can atmalıdır. Bu filmdə soyunmağım ilk dəfə deyildi. Bu filmdə məni valeh edən sətiraltı mənalar idi. Onları görürdüm və buna görə də bu filmdə çəkilməyə razılıq verdim. Məni Allah yaradıb, onun verdiyini gizlətmək olmaz. Bu, işin bir hissəsidir. 

Yaxşı yadımdadır. "Yarasa"nın Moskvada ilk nümayişi idi. Mən də təzə ailə qurmuşdum. Həyat yoldaşım mənimlə birlikdə filmə baxırdı. Bir baxdım ki, həyat yoldaşım nəfəs ala bilmir, mənim tərəf-müqabilimlə yataq səhnələrimi gördükcə boğulurdu. Açıq-saçıq səhnələrin ortasında qəfildən yerindən sıçrayıb zaldan çıxdı. Baxdım ki, o, özünü çox pis hiss edir. O başa düşürdü ki, ekrandakı aktrisa deyil, məhz onun arvadıdır. İnana bilmirdim ki, rol bu qədər səmimi alınıb. Təbii ki, bütün bunlar rejissorun uğurudur. Ayaz Salayev olmasaydı, bu rolun öhdəsindən gələ bilməyəcəkdim. Bu, onun uğurudur.

- Ayaz Salayev deyir ki, Rusiyanın özündə belə rolun qəhrəmanını tapa bilməyib. Sizi görəndə qəhrəmanını tapdığını düşünüb...
-Hə, bu barədə mənə də demişdi. Mənim üçün onunla tanışlıq çox xoş idi. O zamana qədər Ayaz Salayevi görməmişdim. Onun sadəcə "Retro" proqramı barədə eşitmişdim. Hara gedirdimsə Ayaz Salayev haqqında sadəcə mükəmməl, dahi sözlər eşidirdim. 

- Orada belə bir epizod var, hamam səhnəsi... Məlumata görə, həmin vaxt suyu qızdıra bilməyiblər. Sizsə soyuq suya göz qıpmadan girmisiniz... Sizi soyuq suya salan qüvvə nə idi?
- Su buz kimi idi. Baxdım ki, bütün heyət çalışır, amma suyu qızdıra bilmir. Buna şərait yox idi. Üstəlik həmin günü səhnəni də təhvil verməliydim. Bir anlığa düşündüm ki, su istidir, ev şəraitindəki hamam kimi. Və mən də bu düşüncə ilə soyunub buz kimi suya girdim. Mən sudan çıxan kimi hamı üstümə axışdı, hərə bir tərəfdən məni qızdırmağa çalışırdı. Onların bu canfəşanlığını gördükcə bir aktrisa kimi rahatladım. Düzünü deyim ki, səhnə də bir dəfədə alınmadı. Bəlkə, 10 dəfə buz kimi su ilə dolu vannaya girdim. 

Qəribədir ki, zamanla bütün bunlar unudulur. İndi siz bu səhnəni yadıma salıb məni o günlərə qaytardınız. Elə bil hər şey dünən olub. Həmin hissləri yenidən xatırladım. Suyun soyuqluğundan sanki ürəyim dayanırdı.

- Ayaz müəllim deyir ki, Mariya mənim ilham pərimdir. Həmin roldan sonra haqqınızda dedi-qodular çıxdı. Ayaz müəllimlə aranızda nə olub?
- Ayaz Salayevlə aramızda başqa münasibət olmayıb. Və bunun da səbəbləri vardı. O zaman mənim 17 yaşım vardı. Filmin çəkilişləri gedən zaman Azərbaycan özünün ağır günlərini yaşayırdı. Müharibə gedirdi. Mehmanxananın pəncərələri önündə tanklar dayanmışdı. Komendant saatı təyin edilmişdi. 

Həmin vaxt restoranda filmin bütün çəkiliş heyəti ilə birlikdə mənim ad günümü qeyd edirdik. Qəfildən bir ifadə işlətdim. Dedim ki, erməniləri sevməyə bilmərəm. Mənim üçün belə bir anlayış var ki, hər millətin yaxşısı və pisi olur. Məni elə oradan birbaşa polis bölməsinə apardılar. Ayaz Salayev gəldi, buraxmadılar. O zaman mədəniyyət naziri zəng vurmuşdu ki, məni həbsdən azad etsinlər. 

Vəziyyət daha da ağırlaşdı, təhlükəsizliyimizi təmin etmək üçün bizi Nardarana apardılar. Ayaz Salayev mənə yaxşı dost və ata oldu. O, həmin vaxt mənə məşuq ola bilməzdi. Həm yaşım az idi, həm də o, mənə böyük hörmətlə yanaşırdı. Belə şayiələrin yayılacağını əvvəlcədən bilirdik. Sonra eşitdikcə bizə gülməli gəlirdi.

- Film Azərbaycanla aranızda bir korpü olsa da sonradan əlaqələriniz kəsildi. Azərbaycana gəlməməyinizin səbəbi nədir?
- Mən daha sonra xaricdə çalışmağa başladım. Portuqaliyada teatrda işləyirdim. Sonra oğlum dünyaya gəldi. Keçmiş həyat yoldaşım filmlərə çəkilməyimi istəmirdi. Azərbaycana isə bir neçə dəfə gəlmişəm. Lakin bilirəm ki, bu çox azdır. İstəyərdim ki, tez-tez gəlim. Azərbaycanın çox dadlı yeməkləri var, xüsusən də balıqları. Balıqla birlikdə süfrəyə qoyulan narşərabınız üçün ürəyim gedir. Əgər bilsəm ki, onlar bu gün də sizdə var, yoldaşımdan məni Azərbaycana aparmasını xahiş edərəm. O narşərabdan bir daha dada biləydim. Mənim üçün Bakı ilk təəssüratdır.

- Azərbaycandakı çəkilişlərdən sonra aktrisalıq karyeranız necə davam etdi?
- Filmlərlə bağlı çəkilişlərimi davam etdirdim. Bir müddət isə teatrda çalışmağa başladım. Lakin övladım dünyaya gəldikdən sonra sənətdən uzaqlaşdım. Ana olmaq, analıq rolu daha çox xoşuma gəlirdi. Düzdür, hərdən darıxıram, amma bu artıq tam başqa bir roldur. Mən həm də tənha ana olmuşdum, övladımın qayğısına qalmaq mənim üçün hər şeydən önəmli idi. Artıq ambisiyalar silinmişdi. 

Tezə dəvətlər alıram, lakin artıq maraqlı gəlmir. İndi mən autist uşaqlara çalışıram. Burada aktyor hazırlığı lazımdır. İsraildə bir müddət teatrda çalışmaq istədim. Lakin bu mənə əvvəlki kimi cəzbedici gəlmir. Yəqin, ona görə ki, həqiqətən maraqlı ola biləcək, dəyərli bir şey təklif olunmayıb.

- "Yarasa" kimi?
- Hə, "Yarasa", "Ya İvan, Tı Abram" kimi. Elə bir ssenari olsun ki, orada çox maraqlı insanlarla ünsiyyətdə olmaq imkanım olsun. Harada ki, möhtəşəm aktyorlarla, rejissorla çalışırsan, orada gözəl təcrübə qazanırsan. Gərək çəkiliş sənin üçün sadəcə bir iş olmasın, həm də səni cəzb etsin. Bəli, mən gərək bumbuz suya girim. Oyanıb görüm ki, tanklar pəncərənin altında dayanıblar.

Hə, bir də "Yarasa"nın çəkilişləri zamanı Nardarana getmişdik. Ora çox dindar yer idi. Azərbaycanda mənə kəlağayı bağlamağı, hicab geyinməyi öyrətdilər.

Milli.Az



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Rusiya Hava Desant Qoşunlarının komandanı qəzaya düşdü

20 Sentyabr 2017 04:14

Ərdoğan kürdlərə çağırış etdi

20 Sentyabr 2017 03:44

Artıq Vayfaydan su altında da istifadə edə biləcəyik - FOTO

20 Sentyabr 2017 03:38

İlham Əliyev ABŞ Prezidenti və xanımının adından təşkil olunmuş qəbulda iştirak edib

20 Sentyabr 2017 03:27

Sarqsyan: "Ermənistan Türkiyə ilə diplomatik münasibətləri pozmağa hazırdır"

20 Sentyabr 2017 03:22

Ərdoğan: "Azərbaycanın ərazi bütövlüyü Cənubi Qafqazda sabitliyin açarıdır"

20 Sentyabr 2017 03:12

Netanyahu BMT-də: "Azərbaycanla əməkdaşlığı genişləndirmişik"

20 Sentyabr 2017 02:59

Tovuzda 4 otaqlı ev yandı

20 Sentyabr 2017 02:38

Messi "Barselona" - "Eybar" matçında poker edib

20 Sentyabr 2017 02:37

Ərdoğan BMT-də Qarabağdan danışdı

20 Sentyabr 2017 02:24

Gəyirmənin səbəbi və qarşısını almaq üsulları

20 Sentyabr 2017 02:03

Ebru Gündeş Bakıda toyda

20 Sentyabr 2017 01:59

İlham Əliyev BMT-də nahara qatıldı

20 Sentyabr 2017 01:49

Brüssel 2020-ci il Avropa çempionatına təşkilatçılıq hüququndan məhrum edilə bilər

20 Sentyabr 2017 01:47

Kariyesin yaranma səbəbləri məlum oldu

20 Sentyabr 2017 01:45

Sitalçayda 350 ədəd partlamamış hərbi sursat aşkar edilib

20 Sentyabr 2017 01:42

Bu gün UEFA Azərbaycan üçün tarixi qərar verə bilər

20 Sentyabr 2017 01:32

Ərdoğan: "Qarabağ münaqişəsinin həlli üçün daha çox səy göstərməliyik"

20 Sentyabr 2017 01:28

İlham Əliyev BMT-nin baş qərargahında rəsmi dövlət naharında iştirak edib

20 Sentyabr 2017 01:22

"Rosneft" İraqdakı regional hökumətlə müqavilə imzaladı -

20 Sentyabr 2017 01:20

Rusiya hərbi təyyarələri amerikalı əsgərləri vurdu -

20 Sentyabr 2017 01:05

Ərdoğan Myanmadakı böhranı soyqırımı adlandırıb

20 Sentyabr 2017 00:52

Daha bir ölkə Ərbilin referendum qərarına qarşı çıxdı

20 Sentyabr 2017 00:49

Meksikada güclü zəlzələ: ölənlər var

20 Sentyabr 2017 00:44

Kərkükdə vəziyyət gərginləşdi -

20 Sentyabr 2017 00:30

Azərbaycan neftinin SON QİYMƏTİ -

20 Sentyabr 2017 00:20

İsraili yer üzündən silərik -

20 Sentyabr 2017 00:10

Astroloji proqnoz - 20 sentyabr

20 Sentyabr 2017 00:03

Rusiya nümayəndə heyəti Litva prezidentinin BMT-də çıxışı öncəsi zalı tərk edib

20 Sentyabr 2017 00:02

Bu gün Azərbaycanda Neftçilər günüdür

20 Sentyabr 2017 00:02

Meksikada 7,1 bal gücündə zəlzələ olub

19 Sentyabr 2017 23:58

Klinton yenə Trampı tənqid etdi

19 Sentyabr 2017 23:49

Meksikada güclü zəlzələ - İnsanlar küçələrə axışdı - FOTO

19 Sentyabr 2017 23:48

Bu ölkədə hicaba qadağa qoyuldu

19 Sentyabr 2017 23:38

75 ildir evli olan cütlük eyni gündə vəfat ediblər -

19 Sentyabr 2017 23:34

Daha bir ev kül oldu

19 Sentyabr 2017 23:29

Meksikanın paytaxtında 7,4 bal gücündə zəlzələ baş verib

19 Sentyabr 2017 23:27

Rusiya Dövlət Kitabxanası təxliyə edildi - Bomba həyəcanı

19 Sentyabr 2017 23:23

Proqnoz -

19 Sentyabr 2017 23:21

İraq ordusu daha bir bölgədə əməliyyatlara başladı -

19 Sentyabr 2017 23:15

Şəkidə qadın özünü asdı

19 Sentyabr 2017 23:14

Myanmada təqribən 200 kənd yandırılıb

19 Sentyabr 2017 23:12

İsveçrəda üzün bağlanmasına qadağa

19 Sentyabr 2017 22:54

"Mariya" qasırğası ABŞ-a yaxınlaşır -

19 Sentyabr 2017 22:50

Sevdiyim üçün dua edirəm

19 Sentyabr 2017 22:33

ABŞ müdafiə xərclərinə rekord məbləğdə vəsait ayıra bilər

19 Sentyabr 2017 22:33

Gənc Tamaşaçılar Teatrının aktrisası beynəlxalq diploma layiq görülüb

19 Sentyabr 2017 22:32

Göygöldə qəza: iki avtomobil toqquşdu

19 Sentyabr 2017 22:23

Ruhani ABŞ-ı hədələdi -

19 Sentyabr 2017 22:14

Külli miqdarda pul unitazlara atıldı -

19 Sentyabr 2017 21:55