"Xəzər Lənkəran" futbol komandasının sabiq baş məşqçisi Mirça Rednik 2 tanınmış klubdan təklif alıb.
Milli.Az Report-a istinadən xəbər verir ki, bu barədə rumıniyalı mütəxəssisin özü məlumat verib.
O bildirib ki, təkliflərdən biri Belçikadan, digəri Rusiyadan gəlib. Lakin Rednik həmin komandaların adlarını açıqlamayıb. 54 yaşlı baş məşqçi danışıqlara gələn həftə yollanacağını bildirib.
Qeyd edək ki, Mirça Rednik 2010-cu ilin iyulundan 2011-ci ilin dekabrınadək "Xəzər Lənkəran"ın sükanı arxasında olub. Onun rəhbərliyi altında "ağ-yaşıllar" 2010-2011-ci il mövsümündə Azərbaycan Kubokunu və Premyer Liqanın gümüş mükafatını qazanıblar.
Milli.Az