İtalyanları heyran edən 10 yaşlı dünya çempionumuz

İtalyanları heyran edən 10 yaşlı dünya çempionumuz
14:37 2 Noyabr 2016
24 İdman
Ölkə mətbuatı
A- A+

Oktyabrın 25-dən 30-na kimi İtaliyanın Carrara şəhərində keçirilən WTKA-dan dünya çempionu olan Azərbaycan Kikboksinq Federasiyasının üzvü 10 yaşlı Ayxan Həşimovun qələbəsi sevinclə qarşılanıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, oğlunun qələbə sevincini yaşayan Elnur Həşimov Ayxanın idmana böyük marağı olduğunu bildirib: "İnanıram ki, Ayxan qarşıdakı yarışlarda da Azərbaycan bayrağını dalğalandırmaq üçün çalışacaq. Onun 10 yaşı var və hələ uğurları qarşıdadır. Bu qələbə ona çox stimul verib. Artıq mənə deyir ki, yenidən beynəlxalq yarışlarda iştirak etmək istəyir. Yarışda Ayxana dəstək olan AKF  rəhbərliyinə, Böyük Britaniyada yaşayan bütün dostlara öz təşəkkürümü bildirirəm. Bir ata kimi Ayxanın qələbəsi məni qürurlandırır".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR