Məşhur "Əfqan qızı" azadlığa çıxa bilmədi

Məşhur "Əfqan qızı" azadlığa çıxa bilmədi
14:42 2 Noyabr 2016
31 Dünya
Ölkə mətbuatı
A- A+

Pakistanın Peşavar şəhərində "Əfqan qızı" Şərbət Gulanın məhkəməsi baş tutub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, məhkəmə onun təzminat qarşılığında azad edilməsini qəbul etməyib.

Xatırladaq ki, bu ilin oktyabrında Pakistanda həbs edilən "Əfqan qızı"nın ölkədə saxta sənədlərlə yaşadığı məlum olub. Xarici işlər naziri məsələyə qarışaraq Şərbətin girov qarşılığına azadlığa çıxması üçün səy göstərəcəyini bildirib. Lakin məhkəmə dəlillərə baxdıqdan sonra fərqli qərar qəbul edib. Əqanıstan səfirliyi də bu yaxınlarda rəsmi reaksiya verəcəyini açıqlayıb.

Qeyd edək ki, 1985-ci ildə "National Geographic"in üz qabığına çıxaraq məşhurlaşan Şərbətin kimliyi illər sonra bəlli olmuşdu. 2002-ci ildə o, yenidən jurnalın üz qabığına çıxarılmışdı.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR