"Ən çox 20 qəpiklikləri udurlar"

"Ən çox 20 qəpiklikləri udurlar"
15:05 2 Noyabr 2016
55 Ölkə
Ölkə mətbuatı
A- A+

"XXI əsrdə yaşamağımıza baxmayaraq, bu gün də çöpçülər fəaliyyət göstərir. Çöpçülərin Azərbaycanda bu qədər geniş yayılması xoşagələn hal deyil. Bəzən valideynlər uşaqlarını çöpçüyə apardıqdan sonra onlarda müəyyən ağırlaşmalar yaranır və uşaqları xəstəxanaya gətirirlər".

Milli.Az APA-ya istinadən bildirir ki, bu sözləri Ə. F. Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının baş həkimi Azər Xudiyev deyib. O bildirib ki, yemək borusunda və tənəffüs yollarında qalan yad cisimlərin çöpçülər tərəfindən çıxarılması qeyri-mümkündür.
 
Ay ərzində yemək borusuna yad cisimlərin düşməsi ilə bağlı 10-15 müraciət daxil olduğunu söyləyən A. Xudiyev qeyd edib ki, bu da il ərzində minimum 150 nəfər təşkil edir: "Yemək borusunda və tənəffüs yollarında yad cisimlərin qalması halları bir neçə aylıq uşaqdan, 17-18 yaş arasına qədər olan yeniyetmələrə qədər müşahidə olunur. Yad cisimlərin orqanizmdən çıxarılması narkoz altında aparılır. Son zamanlar daha çox 20 qəpik udulması halları qeydə alınıb. Belə halda uşaqlar döş qəfəsində narahatlıq hiss edir, yalnız su qəbul edə bilir, digər qidalar isə keçə bilmədiyi üçün qusma baş verir. Müşahidələrim onu deməyə əsas verir ki, zəif nəzarət olunan uşaqlarda belə hallara daha çox rast gəlinir. Novruz bayramı ərəfəsində uşaqların tənəffüs yollarında yad cisimlərin (ceviz, fındıq ləpəsi və qabığı) qalması halları daha çox olur. Bayram günləri olanda işimiz daha da çətinləşir".
 
A. Xudiyevin sözlərinə görə, xəstəxanaya müraciət edənlərin yemək borusunda və tənəffüs yollarından yad cisimlər əməliyyat edilmədən, təbii üsulla çıxarılıb: "Nadir hallarda, yəni yad cisim ağciyəri keçib birbaşa toxumaya keçibsə, onda döş cərrahı tərəfindən qabırğaarası kəsik aparılaraq xəstə əməliyyat olunur".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/485591.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR