“Qəbələ”yə, yalnız qələbə!

“Qəbələ”yə, yalnız qələbə!
15:07 2 Noyabr 2016
66 İdman
Ölkə mətbuatı
A- A+


Sabah Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçiriləcək. Fanat.Az xəbər verir ki, turnirdəki digər təmsilçimiz “Qarabağ”la müqayisədə, “Qəbələ”nin 1/16 final mərhələsinə vəsiqə qazanmaq şansı azdır.


C qrupunda mübarizə aparan “qırmızı-qaralar” ilk 3 oyunda uduzmaqla, işlərini çətinə salıblar. Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv sabah “Bakcell Arena”da baş tutacaq matçda qalib gələ bilməsə və qrupun digər matçında tərəflərdən biri aktivinə 3 xal yazdırsa, “Qəbələ”in növbəti mərhələ şansı tamamilə itəcək. 


Reallıqları göz önünə alsaq, təmsilçimizin yoluna davam etməsini bizim üçün sürpriz olar. Lakin qəbələlilər qalib gəlməklə, nəzəri cəhətdən şanslarını saxlayacaqlar.



“Qəbələ” iki həftə əvvəl səfərdə Rikardinoyonun avtoqolu ilə 0:1 hesabı ilə uduzsa, da yaxşı təsir bağışlamışdı. Ümumiyyətlə, Qriqorçukun komandası cari avrokubok matçlarında baxımlı futbol sərgiləyiblər. Təsadüfi deyil ki, “qırmızı-qaralar” bütün ev oyunlarında qol vurmağa müvəffəq olublar.


“Qəbələ”nin cari mövsüm avrokubokdakı ilk 4 ev matçının hamısında qələbə qazandığını da qeyd etməliyik. “Qırmızı-qaralar” ın məğlub yola saldığı kollektivlər arasında Fransa təmsilçisi də olub. Komandamız III təsnifat mərhələsində “Lill”i 1:0 hesabı ilə üstələyib. Ölkə çempionatının liderinin bu uğurlu seriyası qrup mərhələsinin II turunda “Maynts”la oyunda (2:3) qırılıb. Qriqorçukun yetirmələri bu mövsüm  evdə 13 qol vurublar ki, bu da yaxşı göstəricidir. Pis olan isə odur ki, “Qəbələ” “Zalsburq”la birlikdə qrup mərhələsində keçirdiyi hər 3 görüşdə məğlub olan iki komandadan biridir.


2014-15 mövsümünün qrup mərhələsində Azərbaycanın digər klubu “Qarabağ”la üz-üzə gələn “Sent-Etyen”  Ağdam klubundan üstün ola bilməyib (0:0, 1:1). Lakin Fransa klubu bu mövsüm Avropa Liqasında keçirdiyi 7 oyunun heç birində məğlub olmayıb: 3 qələbə, 4 bərabərlik.


Fransızlar Bakıya itki ilə gəlirlər. Yarımmüdafiəçilər Ceremi Klemen, Benjamin Kornye, Fabien Lemoin, həmçinin hücumçu Romen Amuman zədəlidir. “Qəbələ”də isə zədəlilər sıraya dönməkdədir. Rəşad Sadiqov, Nika Kvekveskiri, Segey Zenyov kimi futbolçular oynayacaq durumdadır. Baqali Dabonun da meydana çıxmaq ehtimalı var. 


“Sent-Etyen”nin baş məşqçisi  Kristof Qaltye “Qəbələ” üzrəində qazanılan qələbədən sonra təşkil edilən mətbuat konfransında komandamıza şans tanımadığını ifadə etmişdi. O, hesab edir ki, növbəti mərhələyə vəsiqələr uğrunda mübarizəni 5 xala malik 3 komanda aparacaq. Bu isə təmsilçimizi siyahıdan silmək anlamına gəlir.


Qeyd etdiyimiz kimi, qəbələnin 1/16 final mərhələsinə yüksəlmək şans hələ də var. Qaltyeni səhv çıxartmaq üçün elə ilk növbədə onun rəhbərlik etdiyi kollektivi məğlub etmək zəruridir. İlk qələbədən sonra hadisələrin necə inkişaf edəcəyini bilmək olmaz. Futbol – sürprizlərlə dolu bir oyundur.

  


Avropa Liqası

IV tur, C qrupu

3 noyabr

 


22:00 “Qəbələ” – “Sent-Etyen” (Fransa)

Baş hakim: Karlos Del Serro Qrande

Baş hakimin köməkçiləri: Xuan Karlos Yuste Ximenez, Roberto Alonso Fernandez

Əlavə köməkçi hakimlər: Xuan Martinez Munuera, İnaki Vikandi Qarrido

Dördüncü hakim: Abraham Alvarez Kanton (hamısı İspaniya)

Hakim-inspektor: Muharrem Zihni Aksoy (Türkiyə)

UEFA nümayəndəsi: Aristeidis Stavropoulos (Yunanıstan)

Bakı. "Bakcell Arena"


 

1. “Anderlext” (Belçika) 3 1 2 0 5-3 5

2. “Maynts” (Almaniya) 3 1 2 0 5-4 5

3. “Sent-Etyen” (Fransa) 3 1 2 0 3-2 5

4. “Qəbələ” (Azərbaycan) 3 0 0 3 3-7 0

 



Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qbly-yalnz-qlb-t53839.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR