Müsəlmanlara güldü, cəzalandırıldı - FOTO

Müsəlmanlara güldü, cəzalandırıldı - FOTO
15:12 2 Noyabr 2016
122 İdman
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın Bədii Gimnastika Assosiasiyası Olimpiya Oyunlarının dördqat mükafatçısı Luis Smiti iki ay müddətinə yarışlarda iştirak etmək hüququndan məhrum edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, səbəb onun müsəlmanlara istehza ilə gülməsini əks etdirən videomaterial olub.

BBC KİV-lər tərəfindən yayılan videoda idmançının digər gimnast Lyuk Karsonun namaz qılan müsəlmanları parodiya etməsinə güldüyünün aydın göründüyünü yazıb.

27 yaşlı idmançı İntizam Komissiyasına hərəkətlərindən peşman olduğunu deyib.

İdmançı karyerasını bitirən L.Karsona isə şəxsi işində iki il qalmaq şərti ilə töhmət verilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/485589.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR