Aktyorlarımız xaricə səfərə hazırlaşırlar - FOTO

Aktyorlarımız xaricə səfərə hazırlaşırlar - FOTO
15:17 2 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti 89-cu mövsümün növbəti xarici səfərinə hazırlaşır. Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, iki teatr rəhbərliyi arasında imzalanmış 5 illik qarşılıqlı yaradıcılıq müqaviləsinin yekun bəndlərinə uyğun olaraq budəfəki səfər Rusiya Federasiyasının Elista şəhərinədir.

Teatr cari ilin noyabr ayının 5-dən-11-dək B.Basanqov adına Kamık Milli Dram Teatrının səhnəsində cari repertuarında olan iki maraqlı tamaşa ilə çıxış edəcək. Tamaşalardan biri bolqar yazıçısı P.Pançevin "Dörd əkizin nağılı", digəri isə ötən ay Kalmık Teatrının yaradıcı heyətinin ölkəmizdə qonaq olarkən ifa etdikləri "Qohumlar" tamaşasıdır.

Ötən teatr mövsümündə Kalmık Teatrının bədii rəhbəri, RF-in və Kalmık Respublikasının əməkdar incəsənət xadimi Boris Manciyevin hazırladığı, B.Basanqovun "Təəccüb doğuran hadisə" əsərinin motivləri əsasında Ə.Əmirli və V.Şuqrayevanın səhnə üçün işlədikləri "Qohumlar" tamaşası bu dəfə də eksperiment şəklində təqdim olunacaq. Tamaşanın əsas rolları Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti, kütləvi səhnələr isə Kalmık Teatrının aktyorlarına həvalə ediləcək.

ADGTT-nın direktoru Mübariz Həmidovun rəhbərlik etdiyi 30 nəfərlik nümayəndə heyətinin iştirak edəcəyi səfər həm də əlamətdar hadisəyə təsadüf edir. Belə ki, noyabr ayının 8-də Kalmık Milli Dram Teatrının 80 illik yubileyi tamam olur. Buna görə də qastrol səfəri bayram, yubiley ab-havası ilə yadda qalacaq.

Yubiley çərçivəsində Kalmık Teatrının qonağı olacaq Rostov Dövlət Akademik Dram Teatrı, Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar və digər Rusiya Teatrları rəhbərlərinin Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artist Mübariz Həmidovla görüşü də nəzərdə tutulub. Görüşdə yeni yaradıcılıq müqavilələrinin bağlanması barədə müzakirələr aparılacaq ki, bu da yaxın gələcəkdə digər Rusiya teatrları ilə ADGTT-nın qarşılıqlı mədəni əlaqələrinin daha da inkişaf etməsinə xidmət edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/485593.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR