Ərdoğanı devirmək istəyən ikinci şəxsin adı məlum oldu - VİDEO

Ərdoğanı devirmək istəyən ikinci şəxsin adı məlum oldu - VİDEO
15:28 2 Noyabr 2016
100 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə iyulun 15-də edilən hərbi çevriliş cəhdini idarə edən ikinci şəxsin Kamal Batmaz olduğu müəyyən edilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu, Ankara Respublika Baş prokurorluğunun apardığı FETÖ istintaqı zamanı ortaya çıxıb.

Məlum olub ki, Kamal Batmaz 2016-cı ildə Adil Öksüzlə 4 dəfə ABŞ-a gedib. Adil Öksüz iyulun 13-də (hərbi çevriliş cəhdindən iki gün əvvəl –red.) Kamal Batmazla birlikdə ABŞ-dan qayıdıb.

Kamal Batmaz və Adil Öksüzün çevrilş cəhdinin idarə olunduğu ünvanlardan olan Akıncı bazası və Atatürk hava limanındakı görüntüləri ortaya çıxıb.

Kamal Batmaz hazırda FETÖ istintaqı çərçivəsində həbsdədir. Adil Öksüzün adı isə Türkiyə Daxili İşlər Nazirliyinin ”terrordan axtarılanlar” siyahısına daxil edilib.Təşkilatın imamlarından biri və hərbi çevrilişə cəhddə bir nömrəli mülki şəxs olduğu iddia edilən Adil Öksüzün Qırğızıstan üzərindən Avstraliyaya qaçdığı bildirilir. O, “paralel dövlət”in mətbu orqanı olan "Yeni Ümid" dərgisində məqalələrlə çıxış edirdi. Adil Öksüzün Fətullah Gülənlə uzun illər yaxın münasibətdə olduğu bildirilir.

Türkiyə hakimiyyəti onun tutulması üçün 4 milyon lirə (təxminən 1,3 milyon dollar) mükafat vəd edib.

Ömər Dağlı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR