Suriya müharibəsinin iki addımlığından REPORTAJ

15:29 2 Noyabr 2016
70 Digər
Ölkə mətbuatı
A- A+

Bizim ölkəmiz 5 dövlətlə həmsərhəddir. Ermənistanı çıxsaq, Rusiya, İran, Türkiyə və Gürcüstanla çox yaxşı qonşuluq münasibətlər var və strateji tərəfdaşdır. Ancaq dünyanın bir nöqtəsində elə bir ölkə var ki, həmsərhəd olduğu dövlətlərin hər biri ilə ya düşməndir, ya da daim onlardan ehtiyatlanır. Yəqin ona görədir ki, İsrail müdafiə cəhətdən dünyanın ən inkişaf etmiş ölkələrindən biri hesab olunur...

Bu yaxınlarda bir qrup jurnalistin İsrailə səfəri təşkil olunmuşdu. Proqrama İsrail sərhədini gəzmək də daxil edilmişdi - təbii ki, özlərinin seçdiyi Suriya və Livan sərhədi...

Sakit, təhlükəli Livan sərhədi

Əvvəlcə bizi İsrailin şimalına - Livanla sərhəddəki təpəlikdə yerləşən hərbi hissəyə apardılar. Girişdə bizi bir neçə xanım hərbçi qarşılayır. Bu, bir çox ölkə, o cümlədən Azərbaycan üçün təəccüblü görünsə də, İsrail üçün qadın hərbçinin olması adi haldır. İsraildə kişilərlə bərabər qadınlar da hərbi xidmət keçir. Hərbi xidmət könüllülük əsasında olsa da, dövlət strukturunda işləmək istəyən hər kəsin 2 il müddətində hərbi xidmət keçməsi şərti var.

Bu ölkədə hərbi xidmət müddəti həm kişilər, həm qadınlar üçün 2 ildir. Müharibə vəziyyəti elan olunmayıbsa, hərbi xidmətdə olanlar 2 həftədən bir evə gedə bilərlər. Onların evlənməsinə də icazə verilir. Hərbçilər həyatların təmin edəcək qədər məvacib alırlar.

Bizimlə adını açıqlamaq istəməyən hərbçi xanım söhbət aparır. 3 ildən artıqdır, hərbi xidmətdədir, tabeliyində əsgərlər var. Xidmət müddətini könüllü şəkildə uzadıb. Bizə əvvəlcədən xəbərdarlıq edir: Livan tərəfinin şəklini istədiyimiz qədər çəkə bilərik, İsrail tərəfdə hərbi hissənin çəkilişinə isə icazə yoxdur. 

Hərbçi xanımın sözlərinə görə, Livan İsrailin ən çətin düşmənidir: “Burada vəziyyət çox stabildir. Bu əraziləri idarə edən  “Hizbullah” və onun rəhbəri çox ciddi düşməndir. Suriya ilə sərhəddə isə vəziyyət dəyişir. Çünki sərhəddə üsyançılar var. Onlar bəzən İsrail tərəfinə atəş açırlar. Bunlar planlı deyil. Amma Livandan gözlənilən təhlükə planlaşdırılmış təhdid ola bilər. Onlar qərar verirlərsə, deməli edəcəklər. Biz də, onlar da sabitlik istəyirik, amma Livan ən ciddi düşmənlərimizdən biri olmaqda davam edir”. 

Xanım bildirir ki, İsrail balaca ölkədir. Sərhədin düz yaxınlığında İsrail kəndləri yerləşir. O, xidmət etdiyi müddətdə 2 dəfə insidentin baş verdiyini desə də, detalları açıqlamır.

Deyir ki, görünən sərhəd 1948-ci ildə beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunub: “1982-ci ildə çoxsaylı terror hücumuna məruz qaldığı, Livanın da işğal məqsədi ilə xüsusi əməliyyatlar keçirdiyi üçün İsrail təhlükəsizlik zonası yaratmaq məqsədilə 40 km-lik əraziyə daxil oldu. Lakin 2000-ci ildə o ərazidən çıxmışıq”. 

Mübahisəli Colan

Daha sonra Suriya ilə sərhədə yollanırıq. İsrailin nəzarəti altında olan, lakin dünya tərəfindən Suriyanın hesab edilən Colan yüksəkliklərinə...

Colan (və ya Qolan) yüksəklikləri Suriya ilə İsrail arasında mübahisəli ərazidir. 1944-cü ildən 1967-ci ilədək Suriyanın Kuneytra vilayətinin bir hissəsi olub. Altı günlük müharibə zamanı İsrail bu əraziləri nəzarəti altına alıb.

1981-ci ildə İsrail Knesseti Colan yüksəklikləri barədə qanun qəbul edərək İsrailin bu ərazilərdə suverenliyini elan edib. Lakin BMT Təhlükəsizlik Şurası qərarı etibarsız hesab edib. Həm İsrail, həm də Suriya Colanı öz ərazisi sayır.

İsraildə bizə bildirdilər ki, ərazi problem deyil. Ən əsası İsrailin və əhalinin təhlükəsizliyidir. Colanın relyefi Suriya tərəfdən gələn təhlükənin qarşısını almaq üçün ideal yerdir. Qeyd edirlər ki, Colanın İsrailin nəzarətində olması bu ərazidə uzun müddətdir, hərbi toqquşmaların qarşısını alıb.

Colan yüksəklikləri hazırda İsraildə turistlərin ən çox ziyarət etdiyi yerlərdən birinə çevrilib. Biz də orada olduğumuz vaxt xeyli turistlə qarşılaşdıq - ərazini gəzir, Suriyaya baxır və turistlər üçün tikilən kafelərdə istirahət edirlər. Maraqlıdır ki, həmin turistlərin əksəriyyəti Colanı İsrailin ərazisi kimi qəbul etməyən ölkələrin vətəndaşıdır. 

Bizi kapitan Ariyel qarşılayır, dayandığımız yerin Suriya və İsrail arasındakı dağ silsiləsinə aid Bental dağı olduğunu bildir. Bizə uzaqdan Suriya sərhədini göstərir. Sərhəd xeyli uzaqdadır - sərhəddən öncə isə İsrailə məxsus əkin sahələri var. Kapitan deyir ki, bu ərazilər Kibutsi kəndidir: “Əkin yerləri buraya aiddir. Kənd təsərrüfatı sahələrinin sonunda isə Suriya sərhədi başlayır”. 

Uzaqdan sərhədin qarşı tərəfindəki qədim Kuneytra şəhəri görünür. Kapitan Ariyel öz binoklu ilə bizə kəndə də baxmağa icazə verir. Gördüyümüz qədərilə, qədim Kuneytrada dağılmamış bir tikili belə qalmayıb. Kapitan deyir ki, bu binalar Suriyadakı vətəndaş müharibəsi zamanı dağılıb. İsrail isə bu prosesləri çox yaxından izləyib. “İndi qədim Kuneytra “Cəbhat əl Nusra”nın nəzarətindədir. Onlar özlərini İŞİD-in bir qolu hesab edirlər” - deyə, kapitan Ariyel sözlərinə davam edir. 

Baxdığımızı təpəlikdən Qədim Kuneytranın sağ tərəfində İsrail ərazisində BMT-nin yardım konteynerləri dayanıb.

Kuneytranın sol tərəfində isə Yeni Kuneytra şəhəri görünür. Kapitan Ariyel yeni Kuneytranın Bəşər Əsəd hökumətinin nəzarətində olduğunu bildiriri. Yeni Kuneytrada infrastruktur yerindədir. Lakin hər 5-7 dəqiqədən bir oradan da partlayış səsi eşidilir, tüstü çıxır və şəhərin üzərindən helikopterlər uçur. 

“Suriyadakı vətəndaş müharibəsini buradan izləmək mümkündür. Bəzən oradan atılan mərmilər İsrail ərazisinə də düşür. Mərmini hansı tərəfin - Bəşər Əsəd tərəfdarlarının ya üsyançıların atmasının bizim üçün fərqi yoxdur. Fikrimizcə, bütün bunlarn məsuliyyətini Bəşər Əsəd daşıyır. Ərazidə vəziyyət gərginləşəndən sonra İsrail burada mövqeyini gücləndirdi. Radarlarla, kameralarla təhlükəsizlik tədbirləri gücləndirib ki, bizə təsir edə biləcək istənilən şübhəli fəaliyyətlər araşdırılsın. Biz hədəf deyilik, amma bizə təsir edə biləcək istənilən eskalasiyanın qarşısını almaq üçün tədbirlər görürük. Əminik ki, İsrailə mərmilər təsadüfən, məqsədsiz şəkildə atılır”. 

İsrail hökuməti Suriya münaqişəsi ilə bağlı humanitar yardım missiyası həyata keçirir. Kapitan Ariyelin sözlərinə görə, İsrail bilir ki, bu münaqişəyə təkcə hərbçilər yox, mülki insanlar cəlb olunub: “Suriyada baş verən humanitar böhrana bağlı İsrail ən yüksək səviyyədə kömək etməyə çalışır. Sərhədə yaxınlaşaraq kömək istəyən insanlara tibbi yardım göstərir. Bir neçə həftə əvvəl sahə hospitalı fəaliyyət göstərirdi. Bilir ki, İsrail tərəfə keçməsələr, öldürüləcəklər. Onları heç bir qarşılıq gözləmədən müalicə edirik. Lakin bizi pis insan kimi qəbul edirlər. Onlarda bizə nifrət hissi aşılanıb”. 

BMT missiyası

Colan yüksəkliklərində BMT-nin ayrılma zonasını müşahidə qüvvəsi fəaliyyət göstərir. Bu qüvvələrin yaradılması barədə razılaşma 4-cü Ərəb-israil müharibəsindən sonra - 1974-cü ildə İsraillə Suriya arasında imzalanmış sülh müqaviləsinə əsasında əldə olunub. 

Bu qüvvələrdə müxtəlif ölkələrdən hərbçilər xidmət keçir. Bizimlə söhbətləşən hərbçilər Yeni Zelandiya və İsveçrədən gəlmişdilər. Dediklərinə görə, bir illik xidmət dövründə ərazidə müşahidə aparırlar. Suriya tərəfindən daim partlayış səslərinin eşidildiyini təsdiqləyirlər.

Məşhur Colan şərabları

Colan yüksəkliklərində sakinlərin əsas məşğuliyyəti üzümçülük və şərabçılıqdır. Bu ərazinin şərabları dünyada çox məşhurdur. İsrail bu regionun iqtisadi potensialından yaxşı istifadə edir və ölkə iqtisadiyyatının inkişafına töhfə verir. Ölkə üzrə şərab istehsalının 25 faizi, ixracatının isə 40 faizi bu ərazinin payına düşür.

Səfər proqramına “Golan Heights Winery”yə (Colan yüksəklikləri Şərabçılıq müəssisəsi) baş çəkmək də daxildir. 

Burada ibizi əslən Dağıstandan olan rus dilində mükəmməl danışan Tamar İsrael qarşılayır. O, bu ərazilərin çox müxtəlif iqlimlərə malik olduğunu deyir: “Buranın hər metri yeni bir iqlimdir. Dənizdən bir neçə yüz metr aşağı səviyyədən başlayaraq dəniz səviyyəsindən bir neçə yüz metrədək dəyişir. Ona görə də burada şərab yığımı avqustda başlayır və noyabrda bitir. Bu da yerli əhaliyə sərf edir. Çünki onlar məhsulları müxtəlif etiketlər altında satışa çıxarırlar. Ərazilər vulkanik zonadır. Yerin altı daim hərəkətdədir ki, bu da müxtəlif mineralların yaranmasına səbəb olur. Üzüm bu minerallarla qidalanır, şəraba fərqli dad verir”.  

“Golan Heights Winery” 8 İsrail yaşayış məntəqəsi tərəfindən idarə olunur. Golan, Yarden və Gamla etiketləri altında dünya miqyasında məşhur olan şərablar istehsal edilir. Məhsulların 73-74 faizi İsrail daxilində, qalanı isə xaricə satılır. Şərablar üçün ən böyük bazar isə ABŞ-dır. Ümumilikdə, dünyaya ildə 5.5 milyon şüşə şərab ixrac edilir.

Gizlən, yoxsa öləcəksən!

İsrail daim təhdidlərə hazır ölkədir. Hazırda sakitlik olsa da, istər infrastruktur, istərsə də hərbi baxımından hər an baş verə biləcək insidentlərə hazırdır. Bütün binalarda sığınacaqlar var. Sığınacaqlar insanın bir müddət qalması üçün tələb olunan ləvazimatla təmin edilib. İsrailin xüsusi raket xəbərdarlığı xəritəsi hazırlanıb və bütün binalarda bu xəritə asılıb. 

Bu xəritədə ölkənin hansı ərazisində xəbərdarlıq olarsa, insanların neçə dəqiqə ərzində sığınacaq axtarmalı olduğunu göstərilir. Ən təhlükəli ərazi kimi Qəzza zolağı, Colan yüksəklikləri və Livan sərhədi göstərilib. Xəbərdarlıq olduğu təqdirdə, insanlar dərhal sığınacaq axtarmalıdır. Həmin ərazilərdən uzaqlaşdıqca sığınacaq axtarmaq üçün 15-45 saniyə vaxt verilir. Məsələn, raket xəbərdarlığı edilirsə və vətəndaş Negev səhrası yaxınlığındadırsa, gizlənməsi üçün 45 saniyəsi var - əks halda öləcək! 

Bizim ölkəmiz 5 dövlətlə həmsərhəddir. Ermənistanı çıxsaq, Rusiya, İran, Türkiyə və Gürcüstanla çox yaxşı qonşuluq münasibətlər var və strateji tərəfdaşdır. Ancaq dünyanın bir nöqtəsində elə bir ölkə var ki, həmsərhəd olduğu dövlətlərin hər biri ilə ya düşməndir, ya da daim onlardan ehtiyatlanır. Yəqin ona görədir ki, İsrail müdafiə cəhətdən dünyanın ən inkişaf etmiş ölkələrindən biri hesab olunur...

Bu yaxınlarda bir qrup jurnalistin İsrailə səfəri təşkil olunmuşdu. Proqrama İsrail sərhədini gəzmək də daxil edilmişdi - təbii ki, özlərinin seçdiyi Suriya və Livan sərhədi...

Sakit, təhlükəli Livan sərhədi

Əvvəlcə bizi İsrailin şimalına - Livanla sərhəddəki təpəlikdə yerləşən hərbi hissəyə apardılar. Girişdə bizi bir neçə xanım hərbçi qarşılayır. Bu, bir çox ölkə, o cümlədən Azərbaycan üçün təəccüblü görünsə də, İsrail üçün qadın hərbçinin olması adi haldır. İsraildə kişilərlə bərabər qadınlar da hərbi xidmət keçir. Hərbi xidmət könüllülük əsasında olsa da, dövlət strukturunda işləmək istəyən hər kəsin 2 il müddətində hərbi xidmət keçməsi şərti var.

Bu ölkədə hərbi xidmət müddəti həm kişilər, həm qadınlar üçün 2 ildir. Müharibə vəziyyəti elan olunmayıbsa, hərbi xidmətdə olanlar 2 həftədən bir evə gedə bilərlər. Onların evlənməsinə də icazə verilir. Hərbçilər həyatların təmin edəcək qədər məvacib alırlar.

Bizimlə adını açıqlamaq istəməyən hərbçi xanım söhbət aparır. 3 ildən artıqdır, hərbi xidmətdədir, tabeliyində əsgərlər var. Xidmət müddətini könüllü şəkildə uzadıb. Bizə əvvəlcədən xəbərdarlıq edir: Livan tərəfinin şəklini istədiyimiz qədər çəkə bilərik, İsrail tərəfdə hərbi hissənin çəkilişinə isə icazə yoxdur. 

Hərbçi xanımın sözlərinə görə, Livan İsrailin ən çətin düşmənidir: “Burada vəziyyət çox stabildir. Bu əraziləri idarə edən  “Hizbullah” və onun rəhbəri çox ciddi düşməndir. Suriya ilə sərhəddə isə vəziyyət dəyişir. Çünki sərhəddə üsyançılar var. Onlar bəzən İsrail tərəfinə atəş açırlar. Bunlar planlı deyil. Amma Livandan gözlənilən təhlükə planlaşdırılmış təhdid ola bilər. Onlar qərar verirlərsə, deməli edəcəklər. Biz də, onlar da sabitlik istəyirik, amma Livan ən ciddi düşmənlərimizdən biri olmaqda davam edir”. 

Xanım bildirir ki, İsrail balaca ölkədir. Sərhədin düz yaxınlığında İsrail kəndləri yerləşir. O, xidmət etdiyi müddətdə 2 dəfə insidentin baş verdiyini desə də, detalları açıqlamır.

Deyir ki, görünən sərhəd 1948-ci ildə beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunub: “1982-ci ildə çoxsaylı terror hücumuna məruz qaldığı, Livanın da işğal məqsədi ilə xüsusi əməliyyatlar keçirdiyi üçün İsrail təhlükəsizlik zonası yaratmaq məqsədilə 40 km-lik əraziyə daxil oldu. Lakin 2000-ci ildə o ərazidən çıxmışıq”. 

Mübahisəli Colan

Daha sonra Suriya ilə sərhədə yollanırıq. İsrailin nəzarəti altında olan, lakin dünya tərəfindən Suriyanın hesab edilən Colan yüksəkliklərinə...

Colan (və ya Qolan) yüksəklikləri Suriya ilə İsrail arasında mübahisəli ərazidir. 1944-cü ildən 1967-ci ilədək Suriyanın Kuneytra vilayətinin bir hissəsi olub. Altı günlük müharibə zamanı İsrail bu əraziləri nəzarəti altına alıb.

1981-ci ildə İsrail Knesseti Colan yüksəklikləri barədə qanun qəbul edərək İsrailin bu ərazilərdə suverenliyini elan edib. Lakin BMT Təhlükəsizlik Şurası qərarı etibarsız hesab edib. Həm İsrail, həm də Suriya Colanı öz ərazisi sayır.

İsraildə bizə bildirdilər ki, ərazi problem deyil. Ən əsası İsrailin və əhalinin təhlükəsizliyidir. Colanın relyefi Suriya tərəfdən gələn təhlükənin qarşısını almaq üçün ideal yerdir. Qeyd edirlər ki, Colanın İsrailin nəzarətində olması bu ərazidə uzun müddətdir, hərbi toqquşmaların qarşısını alıb.

Colan yüksəklikləri hazırda İsraildə turistlərin ən çox ziyarət etdiyi yerlərdən birinə çevrilib. Biz də orada olduğumuz vaxt xeyli turistlə qarşılaşdıq - ərazini gəzir, Suriyaya baxır və turistlər üçün tikilən kafelərdə istirahət edirlər. Maraqlıdır ki, həmin turistlərin əksəriyyəti Colanı İsrailin ərazisi kimi qəbul etməyən ölkələrin vətəndaşıdır. 

Bizi kapitan Ariyel qarşılayır, dayandığımız yerin Suriya və İsrail arasındakı dağ silsiləsinə aid Bental dağı olduğunu bildir. Bizə uzaqdan Suriya sərhədini göstərir. Sərhəd xeyli uzaqdadır - sərhəddən öncə isə İsrailə məxsus əkin sahələri var. Kapitan deyir ki, bu ərazilər Kibutsi kəndidir: “Əkin yerləri buraya aiddir. Kənd təsərrüfatı sahələrinin sonunda isə Suriya sərhədi başlayır”. 

Uzaqdan sərhədin qarşı tərəfindəki qədim Kuneytra şəhəri görünür. Kapitan Ariyel öz binoklu ilə bizə kəndə də baxmağa icazə verir. Gördüyümüz qədərilə, qədim Kuneytrada dağılmamış bir tikili belə qalmayıb. Kapitan deyir ki, bu binalar Suriyadakı vətəndaş müharibəsi zamanı dağılıb. İsrail isə bu prosesləri çox yaxından izləyib. “İndi qədim Kuneytra “Cəbhat əl Nusra”nın nəzarətindədir. Onlar özlərini İŞİD-in bir qolu hesab edirlər” - deyə, kapitan Ariyel sözlərinə davam edir. 

Baxdığımızı təpəlikdən Qədim Kuneytranın sağ tərəfində İsrail ərazisində BMT-nin yardım konteynerləri dayanıb.

Kuneytranın sol tərəfində isə Yeni Kuneytra şəhəri görünür. Kapitan Ariyel yeni Kuneytranın Bəşər Əsəd hökumətinin nəzarətində olduğunu bildiriri. Yeni Kuneytrada infrastruktur yerindədir. Lakin hər 5-7 dəqiqədən bir oradan da partlayış səsi eşidilir, tüstü çıxır və şəhərin üzərindən helikopterlər uçur. 

“Suriyadakı vətəndaş müharibəsini buradan izləmək mümkündür. Bəzən oradan atılan mərmilər İsrail ərazisinə də düşür. Mərmini hansı tərəfin - Bəşər Əsəd tərəfdarlarının ya üsyançıların atmasının bizim üçün fərqi yoxdur. Fikrimizcə, bütün bunlarn məsuliyyətini Bəşər Əsəd daşıyır. Ərazidə vəziyyət gərginləşəndən sonra İsrail burada mövqeyini gücləndirdi. Radarlarla, kameralarla təhlükəsizlik tədbirləri gücləndirib ki, bizə təsir edə biləcək istənilən şübhəli fəaliyyətlər araşdırılsın. Biz hədəf deyilik, amma bizə təsir edə biləcək istənilən eskalasiyanın qarşısını almaq üçün tədbirlər görürük. Əminik ki, İsrailə mərmilər təsadüfən, məqsədsiz şəkildə atılır”. 

İsrail hökuməti Suriya münaqişəsi ilə bağlı humanitar yardım missiyası həyata keçirir. Kapitan Ariyelin sözlərinə görə, İsrail bilir ki, bu münaqişəyə təkcə hərbçilər yox, mülki insanlar cəlb olunub: “Suriyada baş verən humanitar böhrana bağlı İsrail ən yüksək səviyyədə kömək etməyə çalışır. Sərhədə yaxınlaşaraq kömək istəyən insanlara tibbi yardım göstərir. Bir neçə həftə əvvəl sahə hospitalı fəaliyyət göstərirdi. Bilir ki, İsrail tərəfə keçməsələr, öldürüləcəklər. Onları heç bir qarşılıq gözləmədən müalicə edirik. Lakin bizi pis insan kimi qəbul edirlər. Onlarda bizə nifrət hissi aşılanıb”. 

BMT missiyası

Colan yüksəkliklərində BMT-nin ayrılma zonasını müşahidə qüvvəsi fəaliyyət göstərir. Bu qüvvələrin yaradılması barədə razılaşma 4-cü Ərəb-israil müharibəsindən sonra - 1974-cü ildə İsraillə Suriya arasında imzalanmış sülh müqaviləsinə əsasında əldə olunub. 

Bu qüvvələrdə müxtəlif ölkələrdən hərbçilər xidmət keçir. Bizimlə söhbətləşən hərbçilər Yeni Zelandiya və İsveçrədən gəlmişdilər. Dediklərinə görə, bir illik xidmət dövründə ərazidə müşahidə aparırlar. Suriya tərəfindən daim partlayış səslərinin eşidildiyini təsdiqləyirlər.

Məşhur Colan şərabları

Colan yüksəkliklərində sakinlərin əsas məşğuliyyəti üzümçülük və şərabçılıqdır. Bu ərazinin şərabları dünyada çox məşhurdur. İsrail bu regionun iqtisadi potensialından yaxşı istifadə edir və ölkə iqtisadiyyatının inkişafına töhfə verir. Ölkə üzrə şərab istehsalının 25 faizi, ixracatının isə 40 faizi bu ərazinin payına düşür.

Səfər proqramına “Golan Heights Winery”yə (Colan yüksəklikləri Şərabçılıq müəssisəsi) baş çəkmək də daxildir. 

Burada ibizi əslən Dağıstandan olan rus dilində mükəmməl danışan Tamar İsrael qarşılayır. O, bu ərazilərin çox müxtəlif iqlimlərə malik olduğunu deyir: “Buranın hər metri yeni bir iqlimdir. Dənizdən bir neçə yüz metr aşağı səviyyədən başlayaraq dəniz səviyyəsindən bir neçə yüz metrədək dəyişir. Ona görə də burada şərab yığımı avqustda başlayır və noyabrda bitir. Bu da yerli əhaliyə sərf edir. Çünki onlar məhsulları müxtəlif etiketlər altında satışa çıxarırlar. Ərazilər vulkanik zonadır. Yerin altı daim hərəkətdədir ki, bu da müxtəlif mineralların yaranmasına səbəb olur. Üzüm bu minerallarla qidalanır, şəraba fərqli dad verir”.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Qarabağ"ın rəqibi futbol üzrə İtaliya A Seriyasının VI tur matçında qələbə qazanıb

23 Sentyabr 2017 20:32

"Səbail" "Kəpəz"i məğlub etdi

23 Sentyabr 2017 20:28

Türkiyədə derbi ərəfəsində 30 azarkeş həbs olundu

23 Sentyabr 2017 20:18

Samir Əliyev: "Rumıniyalı hücumçu transfer etdik"

23 Sentyabr 2017 20:17

"Mitinqdə KİV nümayəndələrinin hərəkətlərinə və vəzifələrini icrasına maneə olmayıb"

23 Sentyabr 2017 20:17

Voleybolçu qadınlar arasında Avropa çempionatı: Çexiya - Belçika 3:1

23 Sentyabr 2017 20:12

MŞ mitinqdə monitorinq aparıb

23 Sentyabr 2017 20:09

Prezidentdən “dördgünlük müharibə” XƏBƏRDARLIĞI, İrəvandan YALVARIŞ... - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

23 Sentyabr 2017 20:03

Şəmkirdə yanğın olub

23 Sentyabr 2017 20:01

Şahin Diniyev: "Gərək oyun olsun ki, futboldan danışasan"

23 Sentyabr 2017 19:57

Premyer Liqada ikinci qələbə sevinci

23 Sentyabr 2017 19:48

Poker ustasının dəbdəbəli malikanəsi: gözəl qızlar, silahlar...

23 Sentyabr 2017 19:48

Mətbuat Şurası: "Mitinqdə KİV nümayəndələrinin hərəkətlərinə və vəzifələrini icra etmələrinə maneə olmayıb"

23 Sentyabr 2017 19:47

Qaxda mikroavtobus yandı

23 Sentyabr 2017 19:33

"Səbail" Azərbaycan Premyer Liqasında ikinci qələbəsini qazanıb

23 Sentyabr 2017 19:32

BŞBPİ "Milli Şura"nın mitinqi ilə bağlı

23 Sentyabr 2017 19:32

Çexiyada paraşütlə tullanan desantçı insanların üzərinə düşüb

23 Sentyabr 2017 19:27

"Qarabağ"ın rəqibindən inamlı qələbə

23 Sentyabr 2017 19:26

“Xristian dövləti”nin lideri həbs olundu - FOTO

23 Sentyabr 2017 19:23

“Mitinq Ermənistan rəhbərliyinin sifarişi ilə keçirilib”

23 Sentyabr 2017 19:12

İŞİD bayrağından daha yaxşı bayraq və Əli Kərimlidən SÖYÜŞ QONAQLIĞI

23 Sentyabr 2017 19:03

Sarımsaqla cəfərini qarışdırıb yeyin

23 Sentyabr 2017 19:00

Patrik Riçard: "Azərbaycanın qadın voleybolçularının Avropa çempionatında layiqli yer tutacağına inanıram"

23 Sentyabr 2017 18:57

Siyavuş Novruzov: “Mitinq Ermənistan rəhbərliyinin sifarişi ilə keçirilib”

23 Sentyabr 2017 18:48

Meksikada növbəti güclü zəlzələ baş verdi

23 Sentyabr 2017 18:45

Çaylarda su artır

23 Sentyabr 2017 18:43

Dağıstandakı zəlzələ oldu: Şəkidə hiss edildi

23 Sentyabr 2017 18:29

Artur Rasizadəyə ağır itki

23 Sentyabr 2017 18:28

"Siyasi mühacir bileti satan Əli Kərimli korrupsiyadan danışır" - Siyavuş Novruzov

23 Sentyabr 2017 18:24

YAP icra katibinin müavini: "Milli Şuranın mitinqinin heç bir əhəmiyyəti yoxdur"

23 Sentyabr 2017 18:22

Azərbaycan Gürcüstana helikopter göndərdi

23 Sentyabr 2017 18:18

Kişilər seksdə nədən qorxur? - İNANILMAZ

23 Sentyabr 2017 18:13

"Mister Bin"in qızı o görüntülərini paylaşdı

23 Sentyabr 2017 18:05

13 oğlan birləşib 12 yaşlı qızı ZORLADI - QANDONDURAN HADİSƏ

23 Sentyabr 2017 18:03

DGK-da şəxsi heyətlə işin gücləndirilməsinə həsr olunmuş iclas keçirilib

23 Sentyabr 2017 18:02

Göygöldə yol qəzası

23 Sentyabr 2017 17:51

Rusiya kəşfiyyatı prezidenti öldürmək istəyirdi - ŞOK İDDİA

23 Sentyabr 2017 17:48

Göygöldə yol qəzası baş verib, xəsarət alanlar var

23 Sentyabr 2017 17:47

"İsgəndər Cavadov BFA" fəaliyyətə başladı - FOTOLAR

23 Sentyabr 2017 17:47

Azərbaycan meşə yanğınına görə Gürcüstana helikopter göndərdi

23 Sentyabr 2017 17:44

Şimali Koreyada zəlzələ

23 Sentyabr 2017 17:40

Meksikada daha bir zəlzələ

23 Sentyabr 2017 17:38

Alimlərdən QORXUNC HAVA XƏBƏRDARLIĞI: payız və yaz fəsli olmayacaq

23 Sentyabr 2017 17:33

Daxili İşlər Nazirliyi "Milli Şura"nın mitinqi ilə bağlı

23 Sentyabr 2017 17:27

DİN "Milli Şura"nın mitinqi ilə bağlı məlumat yaydı

23 Sentyabr 2017 17:23

"Qarabağ"ın rəqibi İspaniya La Liqasında növbəti qələbəsini qazanıb

23 Sentyabr 2017 17:22

Mitinqdə 1500 nəfər iştirak edib - Baş Polis İdarəsi

23 Sentyabr 2017 17:19

Sibel Can İLK DƏFƏ BALKON ŞƏKİLLƏRİ haqqında danışdı

23 Sentyabr 2017 17:18

Rusiyada “Həbsxanada hazırlanıb” adlı brend yarana bilər

23 Sentyabr 2017 17:17

Qaxda “Qazel” yandı

23 Sentyabr 2017 17:16