Terrorçulardan qəribə şərt: "300 dollar ödəyin və..."

Terrorçulardan qəribə şərt: "300 dollar ödəyin və..."
15:32 2 Noyabr 2016
59 Dünya
Ölkə mətbuatı
A- A+

Hələbdə mühasirəyə alınan terrorçular dinc insanların şəhəri tərk etməsi üçün ağlasığmaz şərt irəli sürüb.

Milli.Az atv.az-a istinadən bildirir ki, "Ceyş-Əl-Fəth" terror qruplaşması adından sakinlərə paylanan vərəqlərdə yazılıb ki, şəhəri humanitar dəhlizlərlə tərk etmək istəyən şəxslərə heç bir maneə törədilməyəcək. Lakin onlar hər bir sakinə görə 150 min Suriya lirəsi - 300 dollar ödəməlidir.

"Rəhbərliyimiz Suriya ordusunun bombardmanları və məhəllələrin mühasirəyə alınması üzündən dinc insanların əzab çəkdiyini yaxşı anlayır. Qardaşlarımızla keçirdiyimiz toplantıdan sonra qərara gəldik ki, 14-55 yaşlarında olan sakinlərin şəhəri tərk etməsinə icazə verək. Hər bir şəxs 150 min lirə ödəməlidir"

Qeyd edək ki, Rusiya və Suriya hərbçiləri dinc əhali arasında tələfatın qarşısının alınması üçün 8 humanitar dəhliz yaradıb. Buradan sakinlərlə yanaşı, silahı yerə qoyan terrorçular da çıxa bilər. Lakin terrorçular hələ də silahlı müqavimətə üstünlük verir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/485625.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR