Azərbaycanın ilk əczaçılıq zavodu nə vaxt işə salınacaq?

Azərbaycanın ilk əczaçılıq zavodu nə vaxt işə salınacaq?
16:05 2 Noyabr 2016
100 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan-Rusiya birgə əczaçılıq zavodu 2020-ci ildə tam istehsalat gücünə çatacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu sözləri Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Pirallahı sənaye parkında zavodun təməlqoyma mərasimində iştirak edən nazir layihənin mərhələlər şəklində davam edəcəyini bildirib: "Bu ilin sonundan etibarən infrastruktur işləri, gələn ildən isə istehsalat sahələrinin tikintisi başlayacaq. Zavod tam istehsalat gücünə 2020-ci ildə çatacaq".

Ş.Mustafayev indiyədək Azərbaycanda dərman istehsal olunmadığını, zavodun bu sferada ilk müəsissə olacağını deyib.

Zavodun tikintisinə 74 mliyon dollar sərmayə qoyulacaq və səhmlərinin 10 faizi "Azərbaycan İnvestisiya Şirkəti"nə, 45 faizi Rusiyanın "R-Farm", qalan 45 faizi Azərbaycanın "Vita-A" şirkətlərinə məxsus olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/485653.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR