Rusiya 10 saat vaxt verdi: “Tərk edin!”

Rusiya 10 saat vaxt verdi: “Tərk edin!”
16:13 2 Noyabr 2016
207 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Suriyanın Hələb şəhərindəki müxalifət güclərinə xəbərdarlıq edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin Baş qərargah başçısı Valeri Gerasimov noyabrın 4-də Hələbdə təşkil ediləcək “humanitar pauza”da müxalifətdən şəhəri tərk etməsini istəyib.

“Amerikalı həmkarlarımız müxaliflə terrorçuları bir-birindən ayıra bilmədiyi üçün Hələbdəki silahlı birləşmələrin liderlərinə hərbi əməliyyatlara son qoymağa və silahları ilə birlikdə şəhəri tərk etməyə çağırırıq”, - Gerasimov deyib.

Onun sözlərinə görə, müxalifətin Hələbi tərk etməsi üçün iki dəhliz yaradılıb. Onlardan biri Türkiyə sərhədinə, digəri isə İdlib şəhərinə gedir. Gerasimov Suriya hökumət güclərinin bu dəhlizlərdən çəkildiyini vurğulayıb.

“Humanitar pauza” noyabrın 4-də yerli vaxtla saat 9.00-19.00 arasında olacaq.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/174485.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR