"Rusiya-Türkiyə münasibətlərinin normallaşmasında Azərbaycan mühüm rol oynayıb"

"Rusiya-Türkiyə münasibətlərinin normallaşmasında Azərbaycan mühüm rol oynayıb"
16:22 2 Noyabr 2016
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya və Türkiyə arasındakı münasibətlər ideala yaxındır. Təyyarə olayının ardından yaranmış böhrandan sonra bu münasibətlər sürətlə inkişaf edir. Rusiya-Türkiyə münasibətlərinin normallaşmasında Azərbaycan mühüm rol oynayıb.

Milli.Az bildirir ki, bunu report-a açıqlamasında Türkiyənin Rusiyadakı səfiri Ümit Yardım deyib.
Onun sözlərinə görə, Rusiya və Türkiyə bir çox məsələlər, o cümlədən bir sıra regional münaqişələr üzrə tam qarşılıqlı anlaşma əldə edib.

Diplomat Türkiyə, Azərbaycan və Rusiya prezidentlərinin İstanbulda keçirilən Enerji Sammitində qeyri-rəsmi danışıqlar aparmasının bu ölkələrin xalqları və bütün dünya üçün yaxşı işarə olduğunu bildirib.

"Azərbaycan bizə qardaş ölkədir. Bir müddət Azərbaycanda diplomat kimi fəaliyyət göstərmişəm və ölkələrimizin, xalqlarımızın necə bir-birinə yaxın olduğunu görmüşəm. Biz həmişə Azərbaycan xalqının uğuruna sevinir, acısına şərik oluruq. Dağlıq Qarabağ münaqişəsinin tezliklə və ədalətli həllinə inanırıq", - Ümit Yardım vurğulayıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR