"Azərişıq"dan Tolikə cavab: "Bəlkə, heç mənzilində işıq yoxdur?"

"Azərişıq"dan Tolikə cavab: "Bəlkə, heç mənzilində işıq yoxdur?"
16:27 2 Noyabr 2016
106 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti prodüser Tolikin (Tarix Əliyev) ittihamlarına aydınlıq gətirib.

Milli.Az bildirir ki, qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev aznews.az-a açıqlamasında deyib ki, sözügedən quruma Tarix Əliyev adında abonentin şikayəti daxil olmayıb:

"Əvvala Tolikin yaşadığı evi mübarək olsun. Ancaq yaşadığı evin ünvanını da desin, biz bilək ki, həftədə 3 dəfə işıqları kəsilən yer haradır. Tolikin harada yaşadığını bilsək, işıqların kəsilmə səbəbini də araşdırarıq. Bəlkə, heç Tolikin mənzilində işıq yoxdur? Bir də Tolik kimə müraciət edib?"

T.Mustafayev hazırda Xırdalanın bütün ərazisində işıqların yandığını və bununla bağlı heç bir problemin olmadığını vurğulayıb.

Qeyd edək ki, prodüser Tolik (Tarix Əliyev) "Azərişıq" ASC-dən şikayətçi olduğunu dilə gətirib. O, Xırdalanda həftə ərzində işıqların 3 dəfə kəsildiyini bildirib. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR