Zəlzələ Kolizeyə ziyan vurdu?

Zəlzələ Kolizeyə ziyan vurdu?
16:37 2 Noyabr 2016
46 Dünya
Ölkə mətbuatı
A- A+

Romanın məşhur qədim amfiteatrı Kolizey İtaliyanın mərkəzi hissəsində oktyabrın 26-sı və 30-da baş vermiş güclü zəlzələlərdən zərər görməyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə RİA Novosti-yə İtaliya Mədəniyyət Nazirliyindən deyiblər.

Nazirlikdən deyiblər ki, bazar günü güclü zəlzələdən sonra Kolizeydə zəruri yoxlama aparılıb:

"Buna görə abidə bir neçə saat bağlı olub. Yoxlamalar nəticəsində abidənin heç bir zərər görmədiyi müəyyən edilib. Hazırda Kolizey açıqdır, heç bir problem yoxdur".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/485663.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR