Kloze Bakıya gələ bilər

Kloze Bakıya gələ bilər
17:07 2 Noyabr 2016
57 İdman
Ölkə mətbuatı
A- A+


Peşəkar futbolçu karyerasını başa vuran Miroslav Kloze məşqçi olmağı qərara alıb. Fanat.Az xəbər verir ki, Polşa əsilli futbolçu uzun illər formasını geyindiyi Almaniya millisinin düşərgəsində təcrübə keçəcək.


O, bundestimin baş məşqçisi Yoahim Lövlə birgə çalışacaq. Onun gələn il martın 26-sında DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Almaniya matçında Lövün başçılıq etdiyi məşqçilər korpusunda yer alacağı gözlənilir.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-kloze-bakya-gl-bilr-t53844.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR