Dünya Bankının nümayəndəsi yenidən Azərbaycana gəlib

Dünya Bankının nümayəndəsi yenidən Azərbaycana gəlib
17:17 2 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bu gün Dünya Bankının (WB) Cənubi Qafqazda maliyyə və özəl sektor üzrə ölkə əlaqələndiricisi Anjela Priqojinanın (Angela Prigozhina) rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib.

Milli.Az report-a istinadən bildirir ki, A.Priqojinanın səfəri noyabrın 8-dək davam edəcək.
Məlumatda deyilir ki, əlaqələndiricinin Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlı, Azərbaycanın maliyyə və iqtisadiyyat nazirləri, Mərkəzi Bankının sədri ilə görüşü gözlənilir.
A.Priqojina, həmçinin palatanın təşkil edəcəyi konfransda iştirak edəcək.
Qeyd edək ki, A.Priqojina sonuncu dəfə Azərbaycana oktyabrda olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/485680.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR