Tümendən Azərbaycana maraqlı TƏKLİF

Tümendən Azərbaycana maraqlı TƏKLİF
17:47 2 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Rusiyanın Tümen vilayəti Azərbaycana kənd təsərrüfatı logistikasının sadələşdirilməsi üçün topdansatış ticarət-paylayıcı kompleksinin tikintisini təklif edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu açıqlamanı Xəzər-Avropa klubunun (CEIBC) iclası zamanı vilayətin qubernatoru Vladimir Yakuşev verib.

Qubernator kompleksin inşasının 3 milyard rubla başa gələcəyini bildirib. O, sahibkarlara tikinti sahələrinin, eləcə də vergi və digər güzəştlərin verilməsinə hazır olduqlarını bildirib.

V.Yakuşev qeyd edib ki, bu kompleks Azərbaycandan meyvə və tərəvəzin təkcə Tümen vilayətinə deyil, Rusiyanın digər bölgələrinə də çatdırılması üçün, həmçinin Tümen vilayətindən Azərbaycana buğda və kartof ixracı üçün istifadə oluna bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/485693.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR