“İnter” çalışdırmağa 3 namizəd

“İnter” çalışdırmağa 3 namizəd
17:47 2 Noyabr 2016
39 İdman
Ölkə mətbuatı
A- A+


İtaliyanın “İnter” klubu baş məşqçi axtarışlarını davam etdirir. Fanat.Az xəbər verir ki, Frank de Buru istefaya göndərən Milan təmsilçisinin rəhbərliyi 3 mütəxəssis arasında seçim edir.


Bunlar hollandiyalı Qus Hiddink, “Latsio” sabiq baş məşqçisi Stefano Pioli və sonuncu iş yeri “Vilyarreal” olan Marselino Qarsiya Toraldır.


Klub rəsmiləri artıq Piolo ilə görüşərək, ona illik 1,3 milyon avro maaş və 2018-ci ilə qədər müqavilə təklif ediblər. Lakin “İnter”in sahibləri baş məşqçi postunda daha tanınmış sima görmək istəyirlər.


Fanat.Az

 



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-nter-caldrmaa-3-namizd-t53846.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR