Parisdə Stalinqrad döyüşü başlanıb - FOTO

Parisdə Stalinqrad döyüşü başlanıb - FOTO
17:47 2 Noyabr 2016
38 Dünya
Ölkə mətbuatı
A- A+

Fransanın paytaxtı Parisin şimalındakı Stalinqrad məhəlləsində polis və miqrasiya xidməti burada məskunlaşmış miqrantların siyahıya alınmasına başlayıb.

Milli.Az Le Monde-a istinadən bildirir ki, yoxlamalar miqrantların kütləvi etiraz aksiasına səbəb olub.

Bu miqriantlar Kale şəhərindəki "Cəngəllik" çadır şəhərciyi dağıdılandan sonra Parisə üz tutan şəxslərdir.

Hazırda Parisin 19-cu dairəsində, Stalinqrad məhəlləsində Yaxın Şərq və Şimali Afrika ölkələrindən 1200 miqrant var.

Polis əməliyyatı davam edir.

Fransa prezidenti Fransua Olland bəyan edib ki, Parisə axışanlar Kaledə məskunlaşmış miqrantlar deyil.

Fransa mediası isə Parisdə yaşananları "miqrantlar Parisi partladır" kimi dəyərləndiriblər.

Milli.Az






















Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/485702.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR