Zorlanan müsəlman qadın moda şousuna qatıldı - FOTO

Zorlanan müsəlman qadın moda şousuna qatıldı - FOTO
17:57 2 Noyabr 2016
138 Dünya
Ölkə mətbuatı
A- A+

Pakistanlı hüquq müdafiəçisi, bir neçə kişi tərəfindən təcavüzə məruz qalmış Muxtar May Kərçi şəhərində keçirilmiş "Pakistan's Fashion Week" moda şousunda podiuma çıxıb.

Milli.Az The South China Morning Post-a istinadən bildirir ki, əsl ad və soyadı Muxtaran Bibi olan 44 yaşlı Muxtar May məşhur pakistanlı dizayner Rozina Munibin yeni kolleksiyasının nümayişində iştirak edib.

Tamaşaçılar Mayı alqışlarla qarşılayıblar.

"Burada iştirak etməyi Munib xahiş etdi. Əgər podiuma çıxmağım hansısa qadına yardım edəcəksə, buna çox sevinirəm", - Muxtar May deyib.

Tatla tayfasından olan May 2002-ci ildə "namus cəzası"na məruz qalmışdı. Onun qardaşı qonşu mastu tayfasından biri qızı zorlamaqda suçlanmışdı. Mastu tayfasından olan 6 kişi də əvvəlcə 21 yaşlı həmin gənci, sonra da onun bacısı Muxtarı zorlayıblar.

Pakistanda təcavüzə məruz qalandan sonra intihar edən qızlardan fərqli olaraq Muxtar May məhkəməyə şikayətlənib. Sonucda mastu tayfasından 14 nəfər tutulmuşdu. Onların 6 nəfəri ölüm hökmü alsalar da, Appelyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılmışdılar.

Həmin prosesdən sonra Muxtar May qadın hüquqlarının müdafiəsi ilə məşğul olmağa başladı.

O, 2009-cu ildə ailə qurub, əri polis zabitidir.

Milli.Az








RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR