Facebook-da canlı yayım etmək üçün kamera satışa çıxarıldı

Facebook-da canlı yayım etmək üçün kamera satışa çıxarıldı
18:05 2 Noyabr 2016
50 Dünya
Ölkə mətbuatı
A- A+

Facebook-un canlı yayım xüsusiyyəti məşhurlaşdıqca elektron cihaz istehsalçıları da hərəkətə keçdi. "Mevo" şirkətinin təqdim etdiyi canlı yayım kamerası da bunlardan biridir. Facebook-da istər iş, istər səyahət edəcəyiniz yerlər haqda canlı yayım edərkən sizə telefon və ya laptop lazım olur.

Milli.Az technote.az-a istinadən bildirir ki, bunu nəzərə alan "Mevo" istehsal etdiyi daşınabilən canlı yayım kamerasını Amazonda satışa çıxardı.

12.4 MP-lik kameraya və daxili şarjlı batareya sayəsində cihaz uzun məsafəyə daşına bilər və sərbəst yayım həyata keçirə bilər. Eyni zamanda yayım edərkən bir obyekti seçərək onun şəklini çəkə bilərsiniz. Amazonda 400$ dəyərində olan bu kameraya əlavə olaraq 25$ ödəsəniz onda cihazın qutu və digər avadanlıqlarını da ala bilərsiniz.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR