Ankara Moskvaya "çox sağ ol" dedi

Ankara Moskvaya "çox sağ ol" dedi
18:42 2 Noyabr 2016
78 Dünya
Ölkə mətbuatı
A- A+

Moskva Türkiyədə baş vermiş çevriliş cəhdi zamanı kəşfiyyat məlumatlarının mübadiləsində Ankraya yardım göstərmişdi. Bununla bağlı Ankara Rusiya hökumətinə minnətdarlığını bildirir.

Trend-in məlumatına görə, bu sözləri Rusiyanın "Rossiya-24" telekanalına müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

M.Çavuşoğlu çətin bir məqamda Rusiyanın Türkiyəyə kömək etdiyini ifadə edib: "Bizim üçün çətin günlərdə Rusiya bizə yardım göstərərək, əsl dostun kim olduğunu nümayiş etdirdi. Cənab Putin tam dəstək göstərdi, o cümlədən kəşfiyyat məlumatlarının mübadiləsini də təklif etdi. Bunun üçün biz Rusiya hökumətinə və xalqına minnətdarıq. Türk xalqı bunu heç vaxt unutmayacaq."

Qeyd edək ki, iyulun 15-i gecə saatlarında Türkiyədə dövlət çevrilişinə cəhd baş vermiş, lakin cəhdin qarşısı qısa zamanda alınmışdı. Həmin hadisə zamanı 250-yə yaxın adam həlak olmuşdu.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR