Azərbaycanlı Rusiyada itkin düşüb

Azərbaycanlı Rusiyada itkin düşüb
18:44 2 Noyabr 2016
29 Digər
Ölkə mətbuatı
A- A+

 

Rusiyanın Orenburq şəhərində yaşayan azərbaycanlı itkin düşüb.

 

APA-nın məlumatına görə, “Azərbaycan-Slavyan” Gənclər Assosasiyasının rəhbəri Toğrul Allahverdili bildirib ki, əslən Azərbaycanın Ağcəbədi rayonunun Sarıcalı kəndindən olan Əhmədov Ziyad Saday oğlu ötən əsrin 90-cı illərinin əvvəlindən Orenburqda yaşayıb. Oğlu da, anası da Rusiya vətəndaşıdır. Hər ikisi hazırda Orenburqda yaşayır.

 

Z. Əhmədov 3 il əvvəl Moskvaya gedəcəyini bildirərək evdən çıxıb, bir daha geri dönməyib, o vaxtdan ondan heç bir xəbər yoxdur.

 

Bu müddət ərzində məhdud çərçivədə axtarılsa da, artıq onunla bağlı bu yaxınlarda bütün Rusiya üzrə axtarış verilib

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR