Azərbaycan alimi Yaponiyada xüsusi diplom və medala layiq görüldü

Azərbaycan alimi Yaponiyada xüsusi diplom və medala layiq görüldü
18:48 2 Noyabr 2016
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Dövlət Universitetinin (BDU) dosenti, kimya elmləri üzrə fəlsəfə doktoru Flora Hacıyeva Yaponiyanın Kumamoto Universitetinin tətbiqi kimya və biokimya mərkəzində elmi ezamiyyətdə olub.

BDU-dan Publika.az-a bildiriblər ki, ezamiyyət Yaponiyanın Matsumae Beynəlxalq Fondunun maliyyələşdirdiyi layihə çərçivəsində həyata keçirilib. F.Hacıyeva ezamiyyət müddətində yüksək tezlikli elektromaqnit dalğalarını udan maqnit nanokompozitlərin kompleks xassələrinin tədqiqi və tətbiqi imkanlarının araşdırılması məsələləri ilə məşğul olub.

Eyni zamanda, iyirmi ölkədən olan layihə qalibləri üçün Tokio şəhərinin Tokai Universitetində təşkil edilən görüşdə azərbaycanlı alim BDU-da nanotexnologiyalar istiqamətində aparılan tədqiqat işləri barədə məruzə ilə çıxış edib.

Dosent F.Hacıyeva Matsumae Beynəlxalq Fondunun xüsusi diplom və medalına layiq görülüb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/174507.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR