"İran ABŞ-la Suriya üzrə danışıqlar aparmayacaq"

"İran ABŞ-la Suriya üzrə danışıqlar aparmayacaq"
19:05 2 Noyabr 2016
82 Dünya
Ölkə mətbuatı
A- A+

İranın ali lideri Ayətullah Əli Xameneyi Suriya böhranı ilə bağlı Amerika Birləşmiş Ştatları ilə hər hansı danışığın mümkün olmadığını bəyan edib.

Trend-in məlumatına görə, 1979-cu ildə Tehrandakı ABŞ səfirliyinin ələ keçirilməsinin ildönümü ərəfəsində tələbələr qarşısında çıxış edən Xameneyi Birləşmiş Ştatların xüsusilə nüvə sazişindən sonra etibarsız tərəfdaş olduğunu deyib.

Suriya böhranı ilə bağlı danışan Ə.Xameneyi ABŞ-la danışıqların regionda daha çox problemlərə səbəb olacağını ifadə edib.

Xameneyi deyib: "ABŞ-ın məqsədi İranın inkişafının qarşısını almaqdır. Onlarla danışıqlar bölgədə problemi həll etməyəcək, əksinə yenilərini yaradacaq".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR