“Lill”ə qol vurduğum üçün razı qalmışdım” - Filip Ozobiç

“Lill”ə qol vurduğum üçün razı qalmışdım” -   Filip Ozobiç
19:17 2 Noyabr 2016
36 İdman
Ölkə mətbuatı
A- A+

“Lill” klubu ilə matçda qol vurduğum üçün razı qalmışdım”. Fanat.Az xəbər verir ki, bunu “Qəbələ”nin futbolçusu Filip Ozobiç deyib.


O, bu gün keçirilən mətbuat konfransında Avropa Liqasının 4-cü turu çərçivəsində “Sent-Etyen”lə sabahkı görüşü dəyərləndirib. Xorvatiyalı yarımmüdafiəçi bildirib ki, onları çox çətin sınaq gözləyir: “Sabah işimiz çətin olacaq. Hər hansı bir futbolçu yüksək səviyyədə oynamasa, bizə çətin olacaq. “Sent-Etyen” çox güclü komandadı. Bizim 3-4 futbolçumuz olmayanda problem yaranır. Rəqiblərimizdə isə eyni səviyyədə 25 oyunçu olur”.


Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək “Qəbələ” – “Sent-Etyen” matçı saat 22:00-da başlayacaq. (apasport.az)




Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-lill-qol-vurduum-ucun-raz-qalmdm-t53850.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR