SOCAR və Misirin Dövlət Neft Şirkəti arasında memorandum imzalandı - FOTO

SOCAR və Misirin Dövlət Neft Şirkəti arasında memorandum imzalandı - FOTO
20:17 2 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

SOCAR və Misirin Dövlət Neft Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

Milli.Az SOCAR-ın saytına xəbər verir ki, bu gün Misirə rəsmi səfər çərcivəsində SOCAR prezidenti Rövnəq Abdullayev bu ölkənin Neft və Mineral Ehtiyyatlar naziri Tarık əl Molla ilə göruşüb.

Görüşdə tərəflər SOCAR ilə EGPC (Misirin Dövlət Neft Şirkəti) arasında əməkdaşlığın genişləndirilməsi, Misirin neft sənayesinin modernləşdirilməsində SOCAR-ın rolu və həyata keçirilən digər müştərək layihələr barədə fikir mübadiləsi aparıblar. Görüşün sonunda SOCAR prezidenti Rövnəq Abdullayev və EGPC-nin icraçı direktoru Tarık əl Hadidy arasında Anlaşma Memorandumu imzalanıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR