Sağ qalmaq üçün son şans, Qarabağda iki müharibə ssenarisi... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Sağ qalmaq üçün son şans, Qarabağda iki müharibə ssenarisi... – GÜNÜN SİYASİ XÜLASƏSİ
20:18 2 Noyabr 2016
501 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənilər Azərbaycan və Ermənistan arasında müharibə ssenarilərinin iki istiqamətdə ola biləcəyini deyirlər. Türkiyə ordusu İraqa girmək üçün sərhəddə hazır vəziyyətdə gözləyir. Bağdad isə Türkiyə ilə müharibəyə hazır olduğunu bəyan edib. Rusiya Suriya müxalifətinə Hələbi tərk etmək üçün vaxt verib. Klinton isə deyəsən, vaxtından əvvəl sevinib.

“Azərbaycan Ordusu işğal altındakı Qarabağ ətrafı rayonların 1/3 hissəsinə nəzarəti ələ alıb”.

Erməni rəsmilər bunu istəməyərək olsa da, etiraf ediblər. Hər şey apreldə “dördgünlük müharibə” zamanı Talış kəndini tərk edən ermənilərin hələ də geri qayıtmaması məsələsinin müzakirəsi zamanı ortaya çıxıb.Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov Talışkəndini tərk etmiş ermənilərə səslənərək, onları geri qayıtmağa çağırıb.

Ordumuz işğaldakı ərazilərin üçdə bir hissəsinə nəzarəti ələ alıb - İRƏVAN ETİRAF ETDİ

Azərbaycan Ordusu işğal altındakı Qarabağ ətrafı rayonların 1/3 hissəsinə nəzarəti ələ alıb.

Ermənistanla bağlı digər bir açı etiraf Erməni analitik İqor Muradyandan gəlib. Onun sözlərinə görə, Qarabağda mümkün müharibə zamanı Ermənistana heç kimin dəstək verməyəcək.

İqor Muradyan Azərbaycan və Ermənistan arasında müharibə ssenarilərinin iki istiqamətdə ola biləcəyini deyib: “Birincisi, iki ölkə arasında müharibə, ikincisi başqa ölkənin müdaxilə edəcəyi hərbi toqquşma”.

Muradyan etiraf edir ki, hər iki halda Ermənistan təklənmiş olacaq.

“Birinci variantda, tərəflər müharibə aparacaq. Beynəlxalq ictimaiyyətin səyi nəticəsində tərəflər yenidən real danışıqlar üçün masaya əyləşə bilərlər. Lakin o da faktdır ki, Azərbaycan sürətli hücumla Ermənistana ciddi zərbələr vura bilər.

İkinci variantda, Türkiyə Azərbaycana hərtərəfli kömək edəcək və müharibəyə qoşulacaq. Bu zaman, NATO kənarda qalacaq. Bunun səbəblərindən biri də Ermənistanın NATO-ya məhəl qoymamasıdır. Misal üçün, bu gün erməni telekanalları NATO haqda heç bir xəbərə yer vermirlər, amma Rusiya ilə bağlı xəbərləri sevə-sevə təbliğ edirlər. Bu kimi faktorlar Ermənistanın NATO və ABŞ-dan təcrid olmasına və zəifləməsinə gətirib çıxarır. Azərbaycan isə bu şəraitdən yararlana bilər. Hazırda hərbi toqquşmaların yenilənməsi aktualdır. Belə görünür ki, Ermənistanda çoxları müharibənin məğlubiyyət ssenarisi ilə artıq razılaşıblar”, - deyə o bildirib.

İqor Muradyan Ermənistan indiyə qədər ölkə ordusunun ruslara tabe edilməsi ilə bağlı çoxlu bağışlanmaz səhvlərə yol verildiyini deyib.

“C planı” dövriyyədə - Müharibə hər an başlaya bilər

İraq ətrafında baş verən hadisələr isə vəziyyətin daha da gərginləşəcəyindən xəbər verir. Ankara türkman şəhəri olan İraqın Telafer şəhərinə təhdid artdığı üçün “C” planını tətbiq etməyə hazırlaşır.

Plan soydaşları müdafiə etmək üçün birbaşa müdaxiləni nəzərdə tutur. Dünən Türkiyə İraqla sərhədə böyük miqdarda zirehli texnika və qoşunların əlavə kontingentini yeritməyə başlayıb. Məlumata görə, tanklar və zirehli texnika ölkənin cənub-şərqində yerləşən Şirnak vilayətinə doğru hərəkət edir. Texnika Türkiyənin mərkəzi vilayətlərindən daşınır.

Türkiyənin müdafiə naziri Fikri İşık da “hər ehtimala hazır olmalıyıq” deyib.

Dünən İraqın baş naziri Haydar əl-İbadi Bağdadın Ankara ilə döyüşmək istəmədiyini, ancaq buna hazır olduğunu söyləyib. “Türkiyənin İraqa hər hansı hücumu öz çöküşünə səbəb olacaq”, - baş nazir deyib.

“C planı” dövriyyədə - Müharibə hər an başlaya bilər

Ankara türkman şəhəri olan İraqın Telafer şəhərinə təhdid artdığı üçün “C” planını tətbiq etməyə hazırlaşır.

Vəziyyət Suriyada da, daha doğrusu Hələb ətrafında getdikcə pisləşir. Rusiya Suriyanın Hələb şəhərindəki müxalifət güclərinə xəbərdarlıq edib.

Rusiya Silahlı Qüvvələrinin Baş qərargah başçısı Valeri Gerasimov noyabrın 4-də Hələbdə təşkil ediləcək “humanitar pauza”da müxalifətdən şəhəri tərk etməsini istəyib.

“Amerikalı həmkarlarımız müxaliflə terrorçuları bir-birindən ayıra bilmədiyi üçün Hələbdəki silahlı birləşmələrin liderlərinə hərbi əməliyyatlara son qoymağa və silahları ilə birlikdə şəhəri tərk etməyə çağırırıq”, - Gerasimov deyib.

Onun sözlərinə görə, müxalifətin Hələbi tərk etməsi üçün iki dəhliz yaradılıb. Onlardan biri Türkiyə sərhədinə, digəri isə İdlib şəhərinə gedir. Gerasimov Suriya hökumət güclərinin bu dəhlizlərdən çəkildiyini vurğulayıb.

“Humanitar pauza” noyabrın 4-də yerli vaxtla saat 9.00-19.00 arasında olacaq.

Türkiyənin isə Suriya ilə bağlı öz planları var. Və Suriya müxalifəti bu planların həyata keçirilməsində Ankaraya dəstək verməyə hazırdır.

Suriyanın müxalifətinin liderlərindən olan Əbu Xattab “Yeni Şafak” nəşrinə açıqlamasında Tel Abyad, Münbiç və Rakka şəhərlərinin PYD və İŞİD terror təşkilatlarından təmizlənməsi üçün 30 min döyüşçü hazır olduğunu deyib.

2011-ci ildə Abdülkadir Saleh ilə birlikdə “Liva Tövhid” briqadasını quran Əbu Xəttabın sözlərinə görə, Türkiyənin liderliyi ilə başlayacaq yeni bir əməliyyatla Tel Abyad, Münbiç və Rakka 3 ay ərzində terrorçulardan təmizlənə bilər.

“Bir neçə gün ərzində 30 min döyüşçü bu əməliyyat üçün hazır vəziyyətə gətirilə bilər. Əgər Türkiyə Rakka, Haseke və Deyr Zor kimi bölgələrdə tayfa liderləri ilə müzakirələr aparsa, bu rəqəm asanlıqla 65-70 minə çatdırıla bilər”, - o, bildirib.

Ukrayna cəbhəsində isə vəziyyət sakit görünsə də, baş verənlər fırtına öncəsi sakitliyə bənzəyir. Ukraynalı deputat, hərbi ekspert Dmitri Timçukun sözlərinə görə, Rusiya Rostov vilayətinin Ukrayna ilə sərhəd olan rayonlarına hərbi texnika yeridir.

O, bildirib ki, hərbi texnika daha çox Matveyev Kurqan, Zakadıçnoye, Krınka, Demidovka rayonlarına yerləşdirilir. O, bu texnikanın maskalanaraq gizlədildiyini və onlara üzərində tanınma nişanı olmayan hərbi formalı şəxslərin nəzarət etdiyini bildirib.

“Qubernatorlar üsyan qaldıracaq” – Putin İslam Kərimov kimi...

Rusiyanın daxili siyasətinə nəzarət edən prezident administrasiyasının başçısının birinci müavini Sergey Kiriyenko 2018-ci il prezident seçkisinə kimi bir neçə məsələni həll etməlidir.

Bu haqda Kremldəki mənbələrə istinadən RBK agentliyi yazıb.

Xüsusi halda, qubernatorları “sındırmadan” regionlarla daha yumşaq münasibətlərin qurulması ehtiyacından söhbət gedir. “Kremldə ehtiyat edirlər ki, iqtisadi böhran şəraitində separatizm baş qaldıra bilər”, - RBK-nin həmsöhbətlərindən biri deyib.

“Qubernatorlar üsyan qaldıracaq” – Putin İslam Kərimov kimi...

Rusiyanın daxili siyasətinə nəzarət edən prezident administrasiyasının başçısının birinci müavini Sergey Kiriyenko 2018-ci il prezident seçkisinə kimi bir neçə məsələni həll etməlidir.

Klintona “Oktyabr sürprizi” - Yarış yenidən başladı

“Sən saydığını say, gör Tramp nə sayır”. Bir neçə həftə əvvəl keçirilən sorğular keçmiş dövlət katibi, demokratların namizədi Hillari Klintonun ABŞ-da noyabrın 8-də keçiriləcək prezident seçkilərində asanlıqla qələbə qazanacağını göstərsə də, seçkilərə bir həftə qalmış vəziyyət 180 dərəcə dəyişib.

ABŞ prezidentliyinə namizədlər – demokrat Hillari Klinton və rəqibi respublikaçı Donald Trampın reytinqi arasındakı fərq seçkilərə bir neçə gün qalmış aradan qalxıb. “Washinton Post” qəzeti və ABC telekanalının keçirdiyi sorğuya görə, Tramp 46 faizlə Klintonu keçib. Rəyi soruşulanların 45 faizi isə keçmiş dövlət katibini dəstəklədiyini bildirib.

Həftələr əvvəl keçirilən rəy sorğularına görə, Klinton respublikaçı namizədi 12 faiz qabaqlayırdı. Klinton və Tramp arasındakı reytinq fərqinin sürətlə irəliləməsi “Oktyabr sürprizi” hesab olunur.

Klintona “Oktyabr sürprizi” - Yarış yenidən başladı

ABŞ prezidentliyinə namizədlər – demokrat Hillari Klinton və rəqibi respublikaçı Donald Trampın reytinqi arasındakı fərq seçkilərə bir neçə gün qalmış aradan qalxıb.

“Washinton Post” qəzeti və ABC telekanalının keçirdiyi sorğudan ilhamlanan Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski seçkilərin nəticələri ilə bağlı proqnozunu səsləndirib.

Jirinovski hesab edir ki, Tramp prezident seçkisində qalib gələcək. Onun sözlərinə görə, Trampın qələbəsi amerikalılar üçün uğur gətirəcək: “Tramp ABŞ üçün daha lazımlı şəxsdir. Biz bunu deyərkən öz maraqlarımızı nəzərdə tutmuruq”.

Amerika Almaniyada xilafət yaratdı – ŞOK VİDEO

“Almaniya islam dövləti” haqqında videoçarx alman KİV-ində sərt reaksiya doğurub. Daha doğrusu, alman KİV-i videoçarxın arxasında Trampı “tapıb”.

Videoda Almaniyanın müsəlmanların hakimiyyəti altında olacağı halda baş verəcək hadisələr yer alıb. Amerikanın mühafizəkar qeyri-kommersiya qrupu olan “Secure America Now” tərəfindən yaradılan videoçarxda, xüsusi halda, Brandenburq qapıları kimi Almaniyanın görməli yerləri təsvir edilib və onlarda İŞİD-in bayrağı asılıb. Videoçarxın müəllifləri “Oktoberfest” festivalından da yan keçməyiblər. “Secure America Now” versiyasına görə, tədbirdə spirtli içkilər qadağan ediləcək.

Amerika Almaniyada xilafət yaratdı – ŞOK VİDEO

“Almaniya islam dövləti” haqqında videoçarx alman KİV-ində sərt reaksiya doğurub.

ABŞ-ın daxili siyasəti, yəni prezident seçkiləri də Moskva-Vaşinqton gərginliyini arxa plana keçirə bilməyib.

Böyük Britaniya mətbuatına müsahibəsində ABŞ-ın dövlət katibi Con Kerri söyləyib ki, prezident Barak Obama Rusiyanın kiberhücumlarına cavab verilməsi haqqında qərar qəbul edəcək. Onun sözlərinə görə, Obama Rusiyaya cavab verilməsi haqqında qərarı öz vəzifəsini icra etdiyi müddətdə verəcək: “Bu qərarın qəbulu və ABŞ-ın necə hərəkətə keçəcəyi ola bilsin ki, sizə görünməsin. ABŞ yerində sakit oturub, olanları sakit seyr etmək fikrində deyil. Cavab veriləcək”.

Qeyd edək ki, bundan öncə ABŞ vitse-prezidenti Cozef Bayden ölkəyə olan kiberhücumlara görə Rusiyaya çox sərt cavab veriləcəyini bildirib.

Kəbə işğal ediləcək – HÜCUM PLANI

İŞİD və İranın dəstəklədiyi husilər Kəbəni ələ keçirməyi planlaşdırır. Türkiyənin “Yeni Şafak” nəşrinin yazdığına görə, bu plan Qərb tərəfindən hazırlanıb. Məkkə savaşını başlatmaq istəyən xarici qüvvələr sünni-şiə qarşıdurması ilə fitili alovlandırmağı düşünürlər.

Kəbə işğal ediləcək – HÜCUM PLANI

Məkkə savaşını başlatmaq istəyən xarici qüvvələr sünni-şiə qarşıdurması ilə fitili alovlandırmağı düşünürlər.

Ömər Dağlı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Türkiyədə helikopter qəzası baş verib

20 Sentyabr 2017 16:53

Makron Parisin Əsədlə bağlı ŞƏRTİNİ AÇIQLADI

20 Sentyabr 2017 16:53

DYP məktəblərin ətrafında nəzarəti gücləndirib

20 Sentyabr 2017 16:49

Bəhram Bağırzadədən MARAQLI ETİRAFLAR: İndiki ağlım olsaydı... - FOTO

20 Sentyabr 2017 16:48

Türkiyədə polis helikopteri qəzaya uğrayıb: bir ölü, bir yaralı

20 Sentyabr 2017 16:47

Şimali Koreyadan Trampa sərt reaksiya

20 Sentyabr 2017 16:39

Eldar Mahmudovun daha bir qeyri-qanuni ƏMƏLİ ÜZƏ ÇIXDI: iki qardaşa qarşı BÖYÜK TƏLƏ

20 Sentyabr 2017 16:38

Erməni deputatlar Bakıya sabah gələcək

20 Sentyabr 2017 16:37

“Qarabağ”ın futbolçusu Cənubi Afrika Respublikasının yığmasına dəvət alıb

20 Sentyabr 2017 16:37

“İctimai internet” layihəsi çərçivəsində 1 milyonuncu istifadəçi mükafatlandırılacaq

20 Sentyabr 2017 16:35

“OUKITEL K10000 MAX” smartfonu üçün ilkin sifarişlərin qəbuluna başlanılıb

20 Sentyabr 2017 16:35

“Caspian Energy Transport Forum” forumu keçirilib

20 Sentyabr 2017 16:35

Bərzani İraq hökuməti qarşısında şərtlərini açıqladı - MÜSTƏQİLLİK TƏMİNATI

20 Sentyabr 2017 16:34

İranın itkin şahzadəsi bu ölkədə tapıldı

20 Sentyabr 2017 16:33

Faiq Ağayevdən Ədalət Şükürova ETİRAZ: “O, özü üçün danışa bilər”

20 Sentyabr 2017 16:33

Dərini canlandırmaq üçün

20 Sentyabr 2017 16:27

Kəmaləddin Heydərov Pakistanın Hərbi Hava Qüvvələri komandanı ilə görüşdü

20 Sentyabr 2017 16:24

Məşhur komandanın məşq meydanında bomba tapıldı

20 Sentyabr 2017 16:23

Qvradiyaçılar Kataloniyada 10 milyon səsvermə bülleteni müsadirə edib

20 Sentyabr 2017 16:22

Şagirdini hamilə qoyan müəllim azadlığa buraxıldı

20 Sentyabr 2017 16:18

“Bank Standard”ın ləğv planı təsdiq olunub

20 Sentyabr 2017 16:12

Atası ilə toya gələn Kənanın dəhşətli ölümü

20 Sentyabr 2017 16:12

Meksika zəlzələsini xəbər verən alimdən növbəti QORXUNC PROQNOZ

20 Sentyabr 2017 16:08

Aİ-nin Siyasət və Təhlükəsizlik üzrə Komitəsinin nümayəndə heyəti Azərbaycana səfər edəcək

20 Sentyabr 2017 16:07

Azərbaycan Mərkəzi Bankı 100 mln. manatlıq not yerləşdirib

20 Sentyabr 2017 16:07

Futbolçunun xanımı biabırçı geyimi ilə gündəmdə - FOTOLAR

20 Sentyabr 2017 16:07

“Accessbank” “myCard” sahiblərinə güzəştlər vəd edir

20 Sentyabr 2017 16:02

Müğənni Lalə Məmmədova həmkarlarını sülhə çağırıb

20 Sentyabr 2017 16:00

Mikail Cabbarov Nazim İbrahimovun yerini tutdu

20 Sentyabr 2017 15:57

584 sosial evin mülkiyyət hüququ təmin edilib

20 Sentyabr 2017 15:54

Mikayıl Cabbarova vəzifə verildi

20 Sentyabr 2017 15:53

Təcili: İŞİD-dən xilas edilən azərbaycanlı uşaqların yaxınları axtarılır - VİDEO

20 Sentyabr 2017 15:53

Müdafiə naziri səfərbərlik və ehtiyat üçün yaradılmış birlik və birləşmələri yoxlayıb

20 Sentyabr 2017 15:52

Teymur Rzayev Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki seçilib

20 Sentyabr 2017 15:52

Dini konfessiyaların liderləri Brüsselə səfər edəcək

20 Sentyabr 2017 15:47

Azərbaycanda 11 bağlanmış bankın qorunan əmanətçilərinə 747,93 mln. manat kompensasiya ödənilib

20 Sentyabr 2017 15:47

Lənkəranda 6 otaqlı evdə yandı: Xəsayət alan var

20 Sentyabr 2017 15:45

SOCAR hasil olunan xam neft və qazın maya dəyərini açıqlaydı

20 Sentyabr 2017 15:44

Ermənistandan Türkiyəyə təhdid

20 Sentyabr 2017 15:43

Mikayıl Cabbarov: "Bütün mövzular federasiya çərçivəsində müzakirə olunmalıdır"

20 Sentyabr 2017 15:42

Azərbaycanda ilk güzəştli mənzillərin mülkiyyət hüququ qabaqcadan qeydiyyata alınıb

20 Sentyabr 2017 15:42

Sürücülər NARAZIDIR!

20 Sentyabr 2017 15:40

Süd vəzi xərçəngindən özünüzü belə qoruyun - VİDEO

20 Sentyabr 2017 15:38

Güneldən SƏRT İFADƏLƏR: “Zibil iyi gəlir”

20 Sentyabr 2017 15:38

Mikayıl Cabbarov Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti seçilib

20 Sentyabr 2017 15:37

Bəkir Bozdağ: "Türkiyə Dağlıq Qarabağ münaqişəsi həllini tapanadək Azərbaycanla birlikdə mübarizəsini davam etdirəcək"

20 Sentyabr 2017 15:37

Təzə lobya turşusunun hazırlanması

20 Sentyabr 2017 15:36

İlin sonunadək daha 3 “HTC” smartfonu buraxılacaq

20 Sentyabr 2017 15:35

General qızı məşhur şairin sonuna NECƏ ÇIXDI? - Eşq oyunları və... - FOTO

20 Sentyabr 2017 15:33

Məhəmməd adı Britaniyada yeni doğulan körpələrə qoyulan populyar adlar siyahısında ilk onluqdadır

20 Sentyabr 2017 15:32