İlin ən yaxşı baş məşqçisi adına namizədlər - SİYAHI

İlin ən yaxşı baş məşqçisi adına namizədlər -   SİYAHI
21:17 2 Noyabr 2016
34 İdman
Ölkə mətbuatı
A- A+

FIFA 2016-cı ilin ən yaxşı baş məşqçisi adına namizədlərin yekun siyahısını müəyyənləşdirib. Fanat.Az xəbər verir ki, ali futbol qurumu 10 nəfərlik siyahını açıqlayıb.


Onlardan 7-si klub, 3-ü yığma məşqçisidi: Kris Koulmen (Uels yığması), Didye Deşam (Fransa yığması), Fernando Santuş (Portuqaliya yığması), Xosep Qvardiola (“Bavariya”/“Mançester Siti”), Yurgen Klopp (“Liverpul”), Luis Enrike (“Barselona”), Maurisio Poçettino (“Tottenhem”), Klaudio Ranyeri (“Lester”), Dieqo Simeone (“Atletiko”) və Zinəddin Zidan (“Real”).

 

İlin ən yaxşı məşqçisinin adı səsvermə nəticəsində bəlli olacaq. Səslərin 50 faizi milli komandaların kapitanları və çalışdırıcılarının seçiminə əsasən müəyyənləşəcək. Qalan 50 faiz səslər isə azarkeşlər arasında onlayn keçirilən seçim prosesindən toplanılacaq.

 

Qeyd edək ki, ilin ən yaxşı məşqçisi seçiləcək şəxsə mükafat yanvarın 9-da təqdim ediləcək. 


Fanat.Az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR