Ağ Evin yaşayış hissəsinin görüntülərini yaymağa icazə verildi - FOTOLAR

Ağ Evin yaşayış hissəsinin görüntülərini yaymağa icazə verildi - FOTOLAR
01:09 3 Noyabr 2016
135 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Prezidenti Barak Obama prezidentliyi dövründə ilk dəfə olaraq Ağ Evin yaşayış hissəsinin görüntülərini yaymağa icazə verib.

 

Lent.az Trend-ə istinadən xəbər verir ki, ölkənin birinci ailəsinin yaşadığı evin fotolarını çəkmək “Architectural Digest” jurnalına həvalə edilib.

 

Nəşr yazır ki, Ağ Evin ikinci mərtəbəsində prezident ailəsi üçün ayrılmış hissə 2008-ci ildə, seçkilərdən dərhal sonra dekorativ təmir edilib. Təmirə bilavasitə birinci xanım Mişel Obama nəzarət edib. Yeni dekorasiyada Obama ailəsinin zövqü nəzərə alınsa da, tarixi stil qorunub.

 

Otaqların birində 1898-ci il İspaniya-Amerika müharibəsinin sona çatması barədə müqavilənin imzalandığı anı əks etdirən şəkil asılıbsa, digərində 1978-ci il İsraillə Misir arasındakı Kemp-Devid anlaşmasının imzalandığı antik stol qoyulub.



Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258414

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR