Məşhur kloun Oleq Popov vəfat edib

Məşhur kloun Oleq Popov vəfat edib
02:18 3 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Dünya şöhrətli kloun, SSRİ xalq artisti Oleq Popov 87 yaşında vəfat edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Moskva Sirkinin direktoru Edqard Zapaşnıy bildirib.

Onun sözlərinə görə, O.Popov Rostov şəhərində qastrolda olarkən vəfat edib.

Oleq Popov 1991-ci ildən etibarən Almaniyada yaşayıb və işləyirdi. 2015-ci ilin iyununda 24 ildən sonra ilk dəfə Rusiyaya səfər etmişdi.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR