İŞİD lideri döyüşçülərinə müraciət etdi

İŞİD lideri döyüşçülərinə müraciət etdi
06:49 3 Noyabr 2016
246 Digər
Ölkə mətbuatı
A- A+

İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr Əl-Bağdadi silahlıları Mosulu müdafiə etməyə çağırıb.

 

 

APA-nın “AFP” agentliyinə istinadən verdiyi xəbərə görə, bu, oktyabrın 17-də İraqın Mosul şəhərinin azad edilməsi əməliyyatı başlayandan sonra Əl-Bağdadin silahlılara ünvanlandığı ilk audioyazıdır.   

 

 

İŞİD başçısı tabeliyində olan döyüşçüləri şəhəri tərk etməməyə çağırıb. Bununla belə, onun hazırda Mosulda olub-olmaması məlum deyil.

 

 

Qeyd edək ki, ötən gün  Britaniyanın “İndependent” qəzeti Əl-Bağdadinin Mosulda olduğu barədə məlumat yayıb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR