Sumqayıtda yol qəzası baş verib, ölən var

Sumqayıtda yol qəzası baş verib, ölən var
07:47 3 Noyabr 2016
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı-Quba magistral avtomobil yolununda qəza qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba magistral avtomobil yolunun 34-cü km-də Sumqayıt şəhəri ərazisində "Vaz" markalı minik avtomobilin yük qatarı ilə toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Sumqayıt Reqional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1976-ci il təvəllüdlü Qocayev Abuzər Rizvanoğlunun cəsədini çıxarmış və aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 01:07-də başa çatıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/485754.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR