Planşetlər niyə az satılır?

Planşetlər niyə az satılır?
08:05 3 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

"IDC" analitik şirkəti cari ilin üçüncü rübünün nəticəsinə görə qlobal planşet bazarının vəziyyəti haqda hesabatını dərc edib.
 
Analitiklərin məlumatına əsasən, iyul-sentyabr aylarında sözügedən bazarın həcmi 43 milyon qurğu təşkil edib, halbuki bir il əvvəl istehsalçılar 50.5 milyon planşet tədarük etmişdilər. Beləliklə, bir il ərzində planşet bazarının həcmi 14.7% azalıb. Eyni zamanda planşet bazarı cari ilin ikinci rübü ilə müqayisədə 9.8% artıb.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, 9.3 milyon müxtəlif "iPad" modelləri tədarük etmiş "Apple" şirkəti planşet bazarında əvvəlki kimi liderdir, bazar payı 21.5%-dir. Ancaq bir il əvvəl şirkət 9.9 milyon qurğu tədarük etmişdi. 6.5 milyon qurğu tədarük etmiş "Samsung" şirkəti ikinci yerdə qərarlaşıb. Cənubi Koreya şirkətinin tədarük həcmi bir ildə 1.6 milyon azalıb.
 
"Amazon" şirkəti planşet bazarında üçüncü pilləni tutub, planşet tədarükünü 319.9% artırmağa nail olub. Beləliklə, şirkətin bazar payı 1.5%-dən 7.3%-dək artıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/485608.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR