Qurani-Kərimin nəzərində dünyanın gələcəyi

Qurani-Kərimin nəzərində dünyanın gələcəyi
08:57 3 Noyabr 2016
158 Ölkə
Ölkə mətbuatı
A- A+

Qurani-Kərim bəşərin gələcəyi haqqında aydın və açıq bəyanlar vermişdir.

Dünyanın gələcəyinə aid olan ayələri bir neçə hissəyə bölmək olar:

1. Salehlər dünyanın varisləridir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, gələcəyi bilmək istəyi insanı vadar edir ki, bəşərin gələcəyindən xəbər əldə etsin. Daima haqla batil bir-biri ilə vuruşur. "Biz bu(qələbə və məğlubiyyət)günləri(ni daha kamil bir quruluşun xeyiri,) Allahın iman gətirənləri üzə çıxarması (və Onun əzəli elminin xarici aləmdə gerçəkləşməsi) üçün, həmçinin sizin aranızdan (axirətdə insanların əməllərinə şahid durmaq üçün) şahidlər götürmək üçün insanların arasında növbə ilə dolandırırıq". ("Ali-İmran" 140). Quran bu fikirdədir ki, İlahi iradəyə əsasən ancaq salehlər dünyanın varisləridir. Dünyada ədaləti bərqərar edəcəklər. Bütün dünya salehlərin hakimiyyəti altına girəcəkdir.

"Həqiqətən Biz (Lövhi-Məhfuzdan sonra bütün səma kitablarında), Zikrdən (Musanın Tövratından) sonra (Davudun) Zəbur(un)da (və bu kitabların hamısından sonra Qur'anda)yazdıq və qərara aldıq ki, bu yerin varisi (sahibi, hakimi və bərəkətlərindən tam istifadə edən) Mənim saleh bəndələrim olacaqlar (və bunları qəsbkarların və zalım rəhbərlərin əlindən alıb ədalət imamları və onların canişinlərinə ötürəcəklər)". ("Ənbiya" 105).

Başqa bir ayədə buyurur: "Allah sizdən (müsəlmanlardan) iman gətirib yaxşı işlər görən kəslərə vəd etmişdir ki, onları mütləq özlərindən qabaq olmuşları (Nuhun, Hudun, Salehin və Yunusun qövmlərinin möminlərini) canişin etdiyi kimi yer üzündə (Öz) canişin(i) və hakim edəcək, onlar üçün bəyəndiyi dini (İslam dinini) mütləq, onlar üçün bərqərar edərək möhkəmləndirəcək və onların halını şübhəsiz, qorxu və vahimədən sonra əmin-amanlıq və xatircəmliklə əvəz edəcəkdir". ("Nur" 55).

"(Gözəl) aqibət təqvaya məxsusdur". ("Taha" 132).

2. Allah dininin möhkəmlənməsi və dünyada təhlükəsizliyi yaymaq.

"Müşriklərə xoş gəlməsə belə, Öz Peyğəmbərini hidayət (vasitələri) və haqq din ilə bütün dinlərə qalib etmək üçün göndərən Odur". ("Tövbə" 33).

"Allahın nurunu öz ağızları ilə söndürmək (Peyğəmbərin dəvətini, onun dinini və kitabını təkzib və iftira ilə batil etmək) istəyirlər, halbuki, kafirlərin xoşuna gəlməsə də Allah Öz nurunu tamamlayacaqdır". ("Səff" 8).

3. Peyğəmbərlər (ə) qələbə çalacaq.

Peyğəmbərlər (ə) tarix boyu kafirlər və müşriklərlə mübarizə aparmış, lakin öz dinlərini bütün dünyaya yaymağa müvəffəq olmamışdılar. Hər bir əsrdə peyğəmbərlərə (ə) qarşı çıxan dəstələr olmuşdur. Quran buyurur ki, gələcəkdə belə olmayacaqdır və bütün peyğəmbərlər (ə) qələbə çalacaqlar. "Həqiqətən Biz Öz peyğəmbərlərimizə və (onlara) iman gətirənlərə dünya həyatında (müharibələrdə qələbə nəsib etməklə və xeyir işləri ilham etməklə)(peyğəmbərlər, məsumlar və mələklərdən ibarət əməl) şahidlərin(in) ayağa qalxdıqları gündə(Qiyamətdə mükafat və cəzanın icrası istiqamətində) kömək edərik". ("Ğafir" 51).

"Şübhəsiz, (elçi olaraq) göndərilmiş bəndələrimiz barəsində (əzəli elmdə və Lövhi-Məhfuzda) Bizim qəti hökmümüz (və vədimiz belə verilib) keçmişdir ki, şübhəsiz, (Bizim tərəfimizdən) yardım edilənlər onlardır. Və əlbəttə, qalib Bizim qoşunumuzdur". ("Saffat" 171-172).

4. Haqla batilin mübarizəsində haqq həmişə qalib gələr.

Nə zaman salehlərlə kafirlərlə mübarizə aparsa, həmişə tövhid dini qələbə çalar. "Əksinə, Biz haqqın vasitəsi ilə batilin başına vurarıq, (gedib) onun beyninə çatar. Beləliklə batil birdən məhv olar. (Aşkar tovhid dəlillərini və Qur'an ayələrini küfr və şirk əqidəsi üzərinə tökərik ki, onları tamamilə batil və puç etsin)". ("Ənbiya" 18).

Quran başqa bir ayədə haqla batili kəflə suya bənzətmişdir. "(Allah) göydən (yağış, qar və dolu şəklində) su nazil etdi. Beləliklə çaylar(ın hər biri) öz tutumu miqdarında (su götürərək) axdı və sel öz üzərində köpük apardı. Həmçinin (ocaqlarda) zinət və bəzək əşyaları və ya yaşayış vasitələri əldə etmək məqsədilə üzərində od yandırılan şeydə də (mədənlərin qarışıq torpağında da) selin köpüyü kimi köpük vardır. Allah haqq ilə batili belə misal çəkir (həqiqətlər su və filizlər, batillər isə onların köpükləridir). Amma o köpük bir kənara gedərək məhv olur, (sular və ərimiş filizlər kimi) insanlara fayda verən şey isə yerdə qalır. Allah misalları belə çəkir". ("Rəd" 17).

5. Cəmiyyətə qeyb yardımı olacaqdır.

Quran buyurur ki, dünyanın sonuna yaxın fədakar insanlar meydana gələcəkdir ki, bütün qüdrətləri ilə İslamın izzətini qaldırmaq və küfrü aradan aparmaq üçün çalışacaqlar. Ona görə də Allah insanlara xəbərdarlıq edir ki, əgər tövhid yolundan ayrılsanız, cahiliyyət vadisinə geri qayıdarsınız.

İnsan cəmiyyəti həmişə kamala meyl edər. Elə insanlar olar ki, həm Allah onları sevər və həm də onlar Allahı sevərlər. Onlar Allah üçün həmişə əzizdirlər. "Ey iman gətirənlər, sizdən kim öz dinindən dönsə (Allaha bir ziyan vurmaz), Allah tezliklə Özünün sevdiyi və Onu sevən bir dəstəni gətirər. (Onlar) möminlərin qarşısında ram və təvazökar, kafirlərin qarşısında isə qüdrətli və qalibdirlər, Allah yolunda cihad edir və heç bir tənə vuranın tənəsindən qorxmurlar". ("Maidə" 54).

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Vəhşicəsinə öldürülən 5 yaşlı Məhəmmədin görüntüləri yayıldı

23 Sentyabr 2017 15:08

İraq Kürdüstanı yox olacaq, ABŞ... - Yaxın Şərq üçün DƏHŞƏTLİ SSENARİ

23 Sentyabr 2017 15:03

Pərvin Abıyeva məşqçi sevgilisindən DANIŞDI: “Ay camaat...”

23 Sentyabr 2017 15:03

Azərbaycan elektrik enerjisi ixracını 4 dəfədən çox artırıb

23 Sentyabr 2017 15:02

İraq ərazisindən Türkiyəyə hücum olundu

23 Sentyabr 2017 15:02

DİQQƏT: Evinizi bu üsulla havalandırın

23 Sentyabr 2017 14:54

Qatılaşdırlımış südü evdə NECƏ HAZIRLAMAQ OLAR?

23 Sentyabr 2017 14:53

Bakıda 1,7 mlrd. manatı cinayət yolu ilə əldə edərək leqallaşdıran şəxslər məhkəməyə müraciət edib

23 Sentyabr 2017 14:47

Bərzanidən TƏXİR QƏRARI

23 Sentyabr 2017 14:43

Elgiz Əkbər öz işinin başına qaytarılacaq

23 Sentyabr 2017 14:42

Anti-Azərbaycan şəbəkəsinin izi hara aparır?

23 Sentyabr 2017 14:39

Azərbaycanlının dünya çempionunu belə öldürüdü - VİDEO

23 Sentyabr 2017 14:37

Bu şəxslər təhlükəsizlik kəməri taxmaya bilər

23 Sentyabr 2017 14:35

Almaniyada sabah seçkidir

23 Sentyabr 2017 14:25

Şimali İraqdan Türkiyəyə HÜCUM: ölən və yaralanan var

23 Sentyabr 2017 14:23

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi "Mentorlarla səhər yeməyi" layihəsinə başlayıb

23 Sentyabr 2017 14:22

Aygün 30 illik hesabat verdi: göz yaşları ilə, "Yenə tək"...

23 Sentyabr 2017 14:19

Bakıda şirkətdən külli miqdarda pul oğurlandı

23 Sentyabr 2017 14:18

Gürcüstandan gələn Azərbaycan vətəndaşının üzərində narkotik vasitə aşkar edilib

23 Sentyabr 2017 14:17

Azərbaycan XİN başçısı ATƏT-in baş katibi ilə görüşüb

23 Sentyabr 2017 14:17

"Kəpəz" qələbə, "Zirə" liderlik arzusunda - YENİLƏNİR

23 Sentyabr 2017 14:17

"Bərzani bu böyük xətadan geri dönməlidir" - Ərdoğanın baş müşaviri

23 Sentyabr 2017 14:14

"Gürzə" yeməyinin hazırlanması

23 Sentyabr 2017 14:10

Tənbəl insanlar üçün ƏLA "KƏŞF"LƏR - FOTO

23 Sentyabr 2017 14:03

Bakıda metronun qarşısında ölüm...

23 Sentyabr 2017 14:03

Məşhur aktyor həyat yoldaşı Bergüzar Korel haqqında görün nə dedi?

23 Sentyabr 2017 13:58

Avtobusda 9 yaşlı uşağı döydülər

23 Sentyabr 2017 13:51

Müharibəyə doğru - Baş nazirdən növbəti SƏRT XƏBƏRDARLIQ

23 Sentyabr 2017 13:48

4:1 Qurban Qurbanova nə verdi? - 25+225...

23 Sentyabr 2017 13:47

Aygün Kazımovanın konsertindən

23 Sentyabr 2017 13:46

“Moody's Böyük Britaniyanın reytinqini endirib

23 Sentyabr 2017 13:42

"Referendum qərarı macəradır" - Binəli Yıldırım

23 Sentyabr 2017 13:34

İraqın Baş Qərargah rəisi Türkiyəyə yollandı

23 Sentyabr 2017 13:31

İraq kürdlərinin müstəqillik referendumunda online səsvermə başlayıb

23 Sentyabr 2017 13:29

44 yaşlı tovuzludan Bakıda 9 yaşlı qıza qarşı DƏHŞƏTLİ ƏMƏL: saqqız alacam deyə apardı, zorladı və...

23 Sentyabr 2017 13:28

“Roma”nı udacağımızı deyə bilmərik" - MÜSAHİBƏ

23 Sentyabr 2017 13:27

Bill Geytsdən Ctrl+Alt+Delete etirafı

23 Sentyabr 2017 13:23

Uşaqların ən gülməli anları

23 Sentyabr 2017 13:23

ÇİN: Zavodda partlayış

23 Sentyabr 2017 13:18

DİQQƏT: İstirahət günü hava yağışlı olacaq

23 Sentyabr 2017 13:10

"CBC Sport"un rəhbəri evlənir: toy harda olacaq? - FOTO

23 Sentyabr 2017 13:07

Müğənni 61 yaşlı məşhur aparıcıdan hamilə qaldı, 5 min dollar alıb BUNU ETDİ

23 Sentyabr 2017 13:03

İraq Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Türkiyədə səfərdədir

23 Sentyabr 2017 13:02

Hərbi təlimlərlə bağlı son məlumat

23 Sentyabr 2017 12:59

Elmar Məmmədyarov Bruno Leingkone ilə görüşdü

23 Sentyabr 2017 12:58

“Cənubtikintiservis”in səhmləri bu il 14% bahalaşıb

23 Sentyabr 2017 12:57

Qalın gödəkçələri evdə təmizləməyin 7 QIZIL QAYDASI

23 Sentyabr 2017 12:53

Sabah ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin Bakıya səfəri başlayır

23 Sentyabr 2017 12:52

Qadınları satan Vəfa kimdir?

23 Sentyabr 2017 12:52

Bakıda qoyun oğruları tutuldu

23 Sentyabr 2017 12:49