Diaspor rehberi Ukrayna Bas prokuroruna azerbaycanli is adamlarinin doyulmesi ile bagli muraciet edib

Diaspor rehberi Ukrayna Bas prokuroruna azerbaycanli is adamlarinin doyulmesi ile bagli muraciet edib
20:37 5 Yanvar 2015
288 Digər
Ölkə mətbuatı
A- A+

Ukrayna-Azerbaycan Beynelxalq Alyansinin sedri Elmar Memmedov Ukraynanin Bas prokuroru Vitali Yaremaya son bir heftede Odessa vilayetinde iki azerbaycanli is adaminin hucuma meruz qalaraq doyulmesi ile bagli muraciet edib.

E.Memmedovun Trend-e daxil olan muracietinde deyilir ki, 2015-ci il yanvarin 1 ve 2-de Ukraynanin Odessa seherinde Azerbaycan vetendaslari Hesenov Saiq Zakir oglu ve Ram Atakisiyev hucuma meruz qalaraq amansizcasina doyulubler: "Azerbaycan ictimaiyyeti bas vermis hadiseye gore narahatdir. Vetendaslarimizin heyat ve saglamliqlarina sebebsiz yere qesdle bagli hadiseler qeyri-tesadufi hal almaga baslayib. Her iki is adami vetendasimiz heyat yoldaslari ve usaqlarinin gozu qarsisinda doyulubler".
 
Qeyd olunur ki, Odessa Daxili Isler Nazirliyinin sobelerine edilen muracietler cavabsiz qalib ve hec bir reaksiya verilmeyib: "Ukrayna Azerbaycanin strateji terefdasidir, xalqlarimizin dostlugunun coxesrlik tarixi var ve hec bir quvve buna mane ola bilmez. Eminik ki, dovlet hakimiyyeti qarisiqliga, Ukrayna ve dost Azerbaycan vetendaslarinin huquq ve azadliqlarinin pozulmasina yol vermeyecek".
E.Memmedov V.Yaremadan gunahkarlarin cezalandirilmasini xahis edib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR