Azərbaycan yeni pilotsuz uçuş aparatı hazırladı

Azərbaycan yeni pilotsuz uçuş aparatı hazırladı
09:14 3 Noyabr 2016
26 Digər
Ölkə mətbuatı
A- A+

 

Azərbaycan Milli Aviasiya Akademiyası yeni pilotsuz uçuş aparatı (PUA) hazırlayıb. Lent.az-ın Trend-ə istinadən xəbərinə görə, bunu mühəndis-konstruktor, akademiyanın müəllimi Əkbər Əliyev deyib.

 

"Flying wing" (Uçan qanad) adlı yeni uçuş aparatı Bakıda keçirilən II Azərbaycan Elm festivalında nümayiş etdirilib.

 

Ə.Əliyevin sözlərinə görə bu layihə akademiyanın təşəbbüsüdür. Uçuş aparatı bumeranq şəklindədir və qanadların ölçüsü 1,12 metr təşkil edir: “Aparat həm mülki, həm də hərbi məqsədlər üçün istifadə oluna bilər. Dinc vaxtlarda onun istifadəsinə tələbat daha çox ola bilər”.

 

PUA yol-nəqliyyat hərəkətinə nəzarət, dağlarda aeroçəkilişlər, kiçik həcmli yük və dərman preparatlarının daşınması üçün istifadə oluna bilər.

 

Ə.Əliyev bildirib ki, "Flying wing" hava şəraitindən asılı olaraq 10-20 dəqiqə müddətinə uçuş həyata keçirə bilər.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258428

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR