Yeraltı qaz anbarlarındakı ehtiyat açıqlandı

Yeraltı qaz anbarlarındakı ehtiyat açıqlandı
09:17 3 Noyabr 2016
44 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycanın yeraltı qaz anbarlarında aktiv qazın həcmi 2,96 milyard kubmetr təşkil edir".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "Natural Gas World" jurnalına müsahibəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) neft-qaz daşınması və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti Rəhman Qurbanov deyib.

R.Qurbanovun sözlərinə görə, hazırda qaz ehtiyatlarının 981 milyon kubmetri ötən ilki qalıq həcminə aiddir.

Ölkədəki yeraltı qaz anbarları 3,5 milyard kubmetr qazın saxlanmasına imkan verir. Azərbaycanda iki yeraltı Qalmaz və Qaradağ anbarları fəaliyyət göstərir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR