Bakıda 2 otaqlı ev yanıb.
Milli.Az FHN-ə istinadən bildirir ki, Xətai rayonunda yeddimərtəbəli, mansarda tipli yaşayış binasının 7-ci mərtəbəsində vətəndaşa məxsus, ümumi sahəsi 260 m2 olan 2 otaqlı mənzilin mansardası və içərisində olan əşyalar 75 m2 sahədə, həmçinin digər vətəndaşa məxsus, ümumi sahəsi 340 m2 olan 2 otaqlı mənzilin mansardası və içərisində olan əşyalar 55 m2 sahədə yanıb.
Hər 2 mənzilin qalan hissəsi və bitişik mənzillər yanğından mühafizə olunub.
Yanğın saat 05:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Milli.Az