Bu şəhərdə İİV epidemiyası elan olundu

Bu şəhərdə İİV epidemiyası elan olundu
09:28 3 Noyabr 2016
26 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Yekaterinburq şəhərində rəsmən immun çatışmazlığı virusu (İİV) epidemiyası elan olunub.

Bu barədə RİA Novosti agentliyi məlumat yayıb.

Yekaterinburq şəhər administrasiyası 27 min İİV faktının qeydə alındığını bildirib. Bu, şəhər əhalisinin 1,8 faizinə bərabərdir.

Virusa yoluxanların 52 faizi narkotik vasitələrlə, 46 faizi cinsi əlaqə yolu ilə bu xəstəliyə yoluxub. (trend)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR