Azərbaycan Milli Aviasiya Akademiyası yeni pilotsuz uçuş
aparatı (PUA) hazırlayıb.
Bunu Trend-ə mühəndis-konstruktor, akademiyanın müəllimi Əkbər
Əliyev deyib.
"Flying wing" (Uçan qanad) adlı yeni uçuş aparatı Bakıda keçirilən
II Azərbaycan Elm festivalında nümayiş etdirilib.
Ə.Əliyevin sözlərinə görə bu layihə akademiyanın təşəbbüsüdür. Uçuş
aparatı bumeranq şəklindədir və qanadların ölçüsü 1,12 metr təşkil
edir: “Aparat həm mülki, həm də hərbi məqsədlər üçün istifadə oluna
bilər. Dinc vaxtlarda onun istifadəsinə tələbat daha çox ola
bilər”.
PUA yol-nəqliyyat hərəkətinə nəzarət, dağlarda aeroçəkilişlər,
kiçik həcmli yük və dərman preparatlarının daşınması üçün istifadə
oluna bilər.
Ə.Əliyev bildirib ki, "Flying wing" hava şəraitindən asılı olaraq
10-20 dəqiqə müddətinə uçuş həyata keçirə bilər.