Bakıda 26 yaşlı qızın intihar "hoqqa"sı

Bakıda 26 yaşlı qızın intihar "hoqqa"sı
10:27 3 Noyabr 2016
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda intihara cəhd olub.

Milli.Az bildirir ki, Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Qobustan qəsəbəsində qeydə alınıb.
 
Qəsəbə sakini, 1990-cı il təvəllüdlü Samirə Əli qızı Məmmədova yaşadığı evin qapılarını qıfıllayaraq təbii qaz xəttini açıb.
 
O, daha sonra Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək bu yolla intihara əl atdığını deyib.
 
Dərhal hadisə yerində polis əməkdaşlarından ibarət əməliyyat qrupu çıxıb. Qapını sındıraraq evə daxil olan polis əməkdaşları S. Məmmədovanı huşsuz vəziyyətdə aşkar ediblər. O, dərhal xəstəxanaya yerləşdirilib, vəziyyəti normaldır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR