Aktyor intihar edən gənci xilas etdi - foto

Aktyor intihar edən gənci xilas etdi - foto
11:01 3 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Aktyor və müğənni Yavuz Bingöl "15 iyul Şəhidlər Körpüsü"ndə intiharın qarşısını alıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktyor rol aldığı "Sevda kuşun kanadında" serialının çəkiliş meydançasına gedərkən bir gəncin körpününü kənarına çıxdığını görüb. O, avtomobilini saxlayaraq hadisə yerinə qaçıb.

İntihar etmək istəyən şəxslə 10 dəqiqə söhbət edən və onu fikrindən döndərən Bingöl daha sonra açıqlama verərkən deyib:

"Həmin gənc mənim heyranım imiş Məni görüncə ağlamağa başladı. 10 dəqiqə danışdıq, sonda intihar fikrindən daşındı. Bir can xilas etmək gözəl bir şeydir, amma gəncləri belə görmək çox kədərlidir".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR