Qiyamçının baldızları həbs edildilər

Qiyamçının baldızları həbs edildilər
11:05 3 Noyabr 2016
52 Dünya
Ölkə mətbuatı
A- A+

FETÖ istintaqı çərçivəsində Türkiyənin Sakarya vilayətində əməliyyat keçirilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı 15 iyul dövlət çevrilişinə cəhdin əsas təşkilatçısı Adil Öksüzün baldızları Belkis Nur Tətik və Seyyidə Öznur həbs ediliblər.

Bundan başqa, A.Öksüzün qaynı, təşkilatın Rusiya imamı olan Əli Sami Yıldırımın həyat yoldaşı Məlikə Yıldırım da saxlanılıblar.
 
Xatırladaq ki, Əli Sami Yıldırım İstanbulun Üsküdar rayonunda A.Öksüzün gizlənməsinə yardımçı olduğu üçün avqustun 9-da həbs edilib.
 
Avqustun 13-də A.Öksüzün qaynatası Cavad Yıldırım, sentyabrın 2-də isə qaynanası Xədicə Yıldırım həbs olunublar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/485806.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR