Əmanətçilərə 667 milyon manat kompensasiya ödənilib

Əmanətçilərə 667 milyon manat kompensasiya ödənilib
11:28 3 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Əmanətlərin Sığortalanması Fondu tərəfindən 2 noyabr 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 42 milyon 745 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 52 milyon 208 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 26 milyon 688 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 906 min manatdan artıq kompensasiya verilib. 4 bank üzrə ümumilikdə 124 milyon 547 min manatdan artıq kompensasiya ödənilib.

Publika.az fonda istinadən xəbər verir ki, 2 noyabr 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 176 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 880 min manatdan artıq kompensasiya həyata keçirilib. 2 bank üzrə ümumilikdə 16 milyon manatdan artıq kompensasiya reallaşdırılıb.

2 noyabr 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 117 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 969 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120 milyon manatdan artıq kompensasiya həyata keçirilib. 3 bank üzrə ümumilikdə 145 milyon manatdan artıq kompensasiya ödənilib.

Göstərilən dövrdə “Bank Standard” KB-nin qorunan əmanətçilərinə 381 milyon 525 min manat artıq kompensasiya həyata keçirilib.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 667 milyon 072 min manatdan artıq kompensasiya ödənilib.

İqtisadiyyat şöbəsi

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR