"Neptun" supermarketinin bağlandığı xəbəri yayıldı

"Neptun" supermarketinin bağlandığı xəbəri yayıldı
11:52 3 Noyabr 2016
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az marja.az-a istinadən xəbər verir ki, 2003-cü ildə  Azərbaycanda qida sektorunda fəaliyyətə başlamış "Neptun" supermarketlər şəbəkəsi, deyəsən, bazardakı rəqabətə tab gətirə bilmir. 

"Marja"nın məlumatına görə, şəbəkənin Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsindəki (Park Plyus Əyləncə Mərkəzinin 1-ci mərtəbəsi)  supermarketi bağlanıb. Qeyd edək ki, bu ünvan yaxınlığında tanınmış  "Bazarstore" və "Araz" supermarketləri, həmçinin kifayət qədər alıcıları olan "Gloriya" və "Nərmin" market fəaliyyət göstərir.

("Neptun"un Bakıxanov filialının açılışı zamanı çəkilmiş foto)

Son vaxtlar "Neptun"un Bakıxanov şöbəsi alıcı qıtlığı yaşayırdı.

Məsələ ilə əlaqədar Milli.Az-ın sorğusuna cavab olaraq "Neptun" supermarketlər şəbəkəsindən bildiriblər ki, hazırda şirkətin bütün rəhbər heyəti iclasdadır. İclasdan sonra açıqlama veriləcək.

İlkin İzzət

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR