15 il axtarışda olan şəxs yaxalandı

15 il axtarışda olan şəxs yaxalandı
11:59 3 Noyabr 2016
43 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda 15 ildir axtarışda olan şəxs saxlanılıb.

Lent.az-ın Daxili İşlər Nazirliyinin ( DİN) saytına istinadən məlumatına görə, Baş Cinayət Axtarışı İdarəsi, Binəqədi RPİ və Ədliyyə Nazirliyi Penitensiar Xidmət əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2001-ci il noyabrın 13-də İmran Məmmədovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən "VAZ-2106" markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Cavad Mustafayev saxlanılıb.

Bundan başqa, Baş Cinayət Axtarışı İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci (quldurluq) maddəsi ilə axtarışda olan Asif Nəbiyev də tutulub.

 

 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR