İraqın ikinci şəhəri Mosulun İŞİD-dən azad olunmasına yönəlmiş genişmiqyaslı əməliyyat davam edir.
Milli.Az Al Arabiya-ya istinadən bildirir ki, dünən Mosula faktiki olaraq bitişik Qocalı kəndi İŞİD terrorçularından azad olunub.
Kənddəki kişilər 2014-cü ildən bəri İŞİD-in istibdadında yaşadıqlarını, bu terrorçulardan canlarını qurtardıqları üçün çox sevindiklərini deyiblər.
Qocalı kişilər saqqallarını qırxmağa, iki ildən sonra siqaret çəkməyə başlayıblar.
Kənddəki xanımlar isə məscidə sığınıblar.
Onlar İraq qoşunlarının kənddəki yoxlamaları başa çatdırmalarını gözləyirlər.
Milli.Az